Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib.

Sənəd bu il yanvarın 16-da Bakıda imzalayıb. 

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərməlidir. 


Tarix: 17-04-2025, 17:10


Bölməyə aid digər xəbərlər
22-10-2024, 16:45 Prezident Fərman imzaladı
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı