UEFA Millətlər Liqası: Yarımfinal mərhələsinə start verilir

UEFA Millətlər Liqası: Yarımfinal mərhələsinə start verilir


Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Almaniyada təşkil olunan raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Almaniya yığması Portuqaliya ilə üz-üzə gələcək. Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.


Tarix: 4-06-2025, 09:27


Bölməyə aid digər xəbərlər