Azərbaycanın voleybol çempionatlarında növbəti oyunlar keçiriləcək

Azərbaycanın voleybol çempionatlarında növbəti oyunlar keçiriləcək
Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti oyunlar keçiriləcək.

Kişilərin mübarizəsində XIII turun matçında "Gənclər" "Murov Az Terminal"la üz-üzə gələcək.

Sumqayıt Olimpiya Kompleksində təşkil ediləcək görüş saat 16:00-da başlayacaq. Ötən gün açılış qarşılaşmasında "Neftçi" MOİK-i məğlub edib 3:0.

Qadınların yarışında isə XIV tura "Gəncə" - UNEC oyunu ilə start veriləcək. UNEC Voleybol Klubunun idman zalındakı matç saat 14:30-da olacaq.



Tarix: 1-03-2025, 10:10


Bölməyə aid digər xəbərlər