18:16 / 19-04-2025
Putin Ukrayna ilə Pasxa atəşkəsini elan edib
17:52 / 19-04-2025
Qüdsdə Müqəddəs Od Müqəddəs Məqbərə kilsəsinə enib
17:22 / 19-04-2025
Ceyhun Bayramov Çavuşoğlunun atasının yas mərasimində - Foto
16:37 / 19-04-2025
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
12:40 / 19-04-2025
Bu qurumun işçilərinin sayı artırıldı
12:29 / 19-04-2025
Övladlığagötürmə ilə bağlı yenilik
12:04 / 19-04-2025
Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırılır
11:24 / 19-04-2025
Putindən Əsəd açıqlaması - Suriyaya verilir?
10:47 / 19-04-2025
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
10:04 / 19-04-2025
Ağdaşda 2 yaşlı uşaq qıcolmadan ölüb
09:44 / 19-04-2025
Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb
09:27 / 19-04-2025
Mövqelərimiz yenidən atəşə tutuldu
19:04 / 18-04-2025
KİV: Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb
18:54 / 18-04-2025
Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - Fotolar
18:38 / 18-04-2025
Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 49 %-ə yaxın artırıb
18:00 / 18-04-2025
Azərbaycanın dövlət borcu açıqlanıb
17:40 / 18-04-2025
Sahibə Qafarova MDB PA-da Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb
17:18 / 18-04-2025
Fransanın düşmən ölkə axtarışı – həbsxana qiyamlarına görə Əlcəzair və Rusiya ittiham edilir - ŞƏRH
16:51 / 18-04-2025
Prezident pravoslav xristian icmasını təbrik etdi
15:59 / 18-04-2025
Bu küçələrdə hərəkət məhdudlaşdırılır
15:45 / 18-04-2025
Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu
15:16 / 18-04-2025
Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər dəyişib
14:50 / 18-04-2025
Kamran Əliyev: Maddi-texniki bazanın gücləndirilməsi göstərilən hüquqi xidmətlərin səviyyəsini yüksəldir
14:26 / 18-04-2025
Putin İranın ali liderinə məktub göndərib
14:09 / 18-04-2025
İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
12:42 / 18-04-2025
Şənbə günü havanın temperaturu 22 dərəcəyədək yüksələcək
12:09 / 18-04-2025
Azərbaycanda vəkillrəin sayı AÇIQLANDI
11:49 / 18-04-2025
Hikmət Mirzəyevə ağır itki
11:23 / 18-04-2025
Nuridə Allahyarova “Yeni Klinika”dan AYRILDI
Makronun növbəti məğlubiyyəti - Zelenski Britaniyanı seçir - ŞƏRH




Bölməyə aid digər xəbərlər

Böyük Britaniya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüsü ələ alır. Ağ Evdə ABŞ Prezidenti Donald Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin dərhal Londona səfər etməsi və ən yüksək səviyyədə qəbul olunması bu qənaətə gəlməyə əsas verir.
Məhz Londonda uzun illərdən sonra Ukrayna ilə bağlı konkret qərarlar qəbul edilib, addımlar atılıb. İngilislər ciddi fikir ayrılığında olan Avropa liderlərini bir araya toplayıb onları Ukraynaya gələcəkdə dəstək göstərilməsinə razı salmağa müvəffəq olub. London sammitinin təşkilatçısı, Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, məqsəd müharibənin dayandırılması planını hazırlamaq idi.
Görüşdən sonra keçirilən mətbuat konfransında Baş nazirin səsləndirdiyi fikirlər maraqlıdır. Bildirib ki, hərəkətlərin sürətli tempini saxlamaq və ümumi plan üzərində işləməyə davam etmək üçün tezliklə yenidən görüşəcəklər: “İndi əlavə söhbətlərin vaxtı deyil - ədalətli və davamlı sülhə nail olmaq üçün hərəkətə keçmək və yeni plan ətrafında birləşmək vaxtıdır”.
Ukrayna ilə bağlı təşəbbüsü tamamilə ələ alan Britaniya bu ölkəyə 1,6 milyard funt-sterlinqlik hərbi yardım paketini də açıqlayıb. Martın 2-də açıqlanan 2,2 milyard funt-sterlinqlik kreditdən başqa, London 1,6 milyard funt-sterlinq ayırır və bu, Ukraynaya Belfastda istehsal olunacaq 5000-dən çox hava hücumundan müdafiə raketi almağa, ölkənin güclü müdafiə sektorunda iş yerləri yaratmağa imkan verəcək: “Bu, kritik infrastrukturu indi qorumaq və Ukraynanı sülhün təmin olunmasında gücləndirmək üçün həyati əhəmiyyət kəsb edəcək, çünki biz keçmişin səhvlərindən dərs almalıyıq. Rusiyanın asanlıqla poza biləcəyi Minsk kimi zəif razılaşmanı qəbul edə bilmərik”.

Artıq nəticə də var. Məsələn, sammitin yekunu olaraq bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ ölkələrinin müdafiə xərclərini 1,5 % artırmağı təklif edib. O, ümumi büdcəsi 800 milyard avro təşkil edəcək Aİ-nin yenidən silahlanma planını təqdim edib. Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-də hava hücumundan müdafiə vasitələrinin istehsalı və Ukrayna üçün silah istehsalı ilə bağlı kredit şəklində 150 milyard avro cəlb etmək niyyətindədir. "Avropa öz müdafiə xərclərini artırmağa hazırdır. İlk növbədə qısamüddətli perspektivdə Ukraynanın dəstəklənməsi üçün, uzunmüddətli perspektivdə isə öz təhlükəsizliyinin təmin edilməsi üçün", - o bildirib. Ukrayna Böyük Britaniya ilə silah istehsalı üçün kredit müqaviləsi də imzalayıb.
Beləliklə, Britaniyanın Ukraynaya kömək etmək üçün mühüm addımlar atdığı göz önündədir. Hətta onların arasında Ukraynaya hərbi kontingentin göndərilməsi də var. Məsələn, Starmer deyib ki, bu sazişin icrası üçün Ukraynaya hərbi kontingent də göndərəcəklər.

Göründüyü kimi, Böyük Britaniya Ukrayna ilə bağlı təşəbbüsü tamamilə ələ alıb. ABŞ-dən sonra çoxları gözləyirdi ki, Zelenski Ukrayna müharibəsində təşəbbüsü ələ almağa çalışan Fransaya üstünlük verəcək. Lakin prezident Emmanuel Makronun bununla bağlı bütün təşəbbüsləri puç olub. V.Zelenski nəinki onunla məsləhətləşmələr aparmaq istəyib, əksinə, onunla əlaqə belə saxlamayıb. Bu dəfə də uduzan Yelisey sarayı ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılmasından yalnız neçə gün sonra bir sıra nazirlər və ordu komandanlığının nümayəndələrinin iştirakı ilə iclas keçirmək qərarına gəlib. Dövlət başçısı hökumət üzvləri ilə Kiyevə ABŞ yardımının dayandırılması ilə yanaşı, martın 6-da keçiriləcək Aİ sammitini də müzakirə edəcək. Sammitdə Ukraynaya yardımın və müdafiə xərclərinin artırılması müzakirə olunacaq. Bu görüşdə də Britaniya əsas rol oynayacaq.
Baş verənlər Fransanın, xüsusən də, Makronun növbəti uğursuzluğudur. Prezident gözləyirdi ki, Ukrayna ABŞ-lə yaşananlardan sonra üstünlüyü ona verəcək, diqqət Fransaya yönələcək. Lakin Zelenski bütün bu fikirlərin üstündən xətt çəkib. Çox güman ki, Ukrayna liderində bu fikrin möhkəmlənməsində Emmanuel Makronun özünü yarıtmaz siyasətçi kimi göstərməsi mühüm rol oynayıb. Onun idarəçiliyi dövrü Beşinci respublikanın tarixinə ən biabırçı illər kimi düşüb. Keçirilən rəy sorğuları Makron hökumətinin reytinqinin ən aşağı həddə olduğunu üzə çıxarıb. 2017-ci ildən ölkəni idarə edən Makronun idarəçiliyi nəticəsində sosial gərginlik o həddə çatıb ki, hökumət ölkə prezidenti Emmanuel Makronun iqtisadi islahatları çərçivəsində işsizlik müavinətlərini azaltmaq qərarına gəlib. İslahat çərçivəsində müavinətlərin ödənilmə müddəti 18 aya endirilib.
Qeyd olunan faktlar müasir Fransanın necə acınacaqlı vəziyyətə salındığını təsdiqləyən az sayda faktlardan bəzisidir. Problemlər tək xarici siyasət məsələlərini əhatə etmir, bu problemlər artıq milli fəlakət həddinə çatıb. Makron hökumətinin yarıtmaz siyasətinin ən ciddi fəsadı həm də sağların güclənməsidir. Bu isə miqrantların çoxluq təşkil etdiyi ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.

Görünür, Zelenski də bunları görərək lazımı nəticəsini çıxarıb. Onun Londona üstünlük verməsinin əsas səbəblərindən biri budur. Məhz London hökuməti əksər münaqişələrin həllində obyektiv mövqeyi ilə seçilib. Bunları isə Fransa haqqında söyləmək olmaz. Makronun yarıtmaz siyasəti xüsusilə xarici siyasətdə özünü göstərib. Tək Ukrayna lideri deyil, dünya gördü ki, Yelisey sarayı necə Afrikadakı müstəmkələlərindən qovulur. Əvvəl, Niger, ardınca Qabon, Çaddan biabırcasına Fransanı qovub çıxardılar. İndi isə növbəti gərginlik Əlcəzairlə bağlı yaşanır.
Ukrayna lideri də qeyd olunları illərdir sezir və müşahidə edir. Bilir ki, dünya böyu nüfuzunu itərən dövlət ona yardımçı ola bilməz. Paris etibarsız tərəfdaş olduğuna görə, hər an mövqeyini dəyişə bilər. Bu səbəbdən də üstünlüyü Avropa İttifaqının ən nüfuzlu keçmiş üzvü olan Britaniyaya vermək qərarına gəlib. Bu da Makron və komandası üçün biabırçı faktlardan biri kimi tarixdə qalacaq.(Report)
Tarix: 4-03-2025, 17:45
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
3-03-2025, 16:12
ABŞ ilə Aİ-nin toqquşan maraqları – “toyuq, yoxsa yumurta əvvəl olub”a axtarılan cavab - ŞƏRH
27-02-2024, 14:49
Zelenski İrəvana niyə gəlir? - Məqsəd Rusiyanı qıcıqlandırmaqdır...
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
27-05-2024, 16:43
ABŞ Zelenskini yarı yolda qoydu, Çin isə məqsədini bəlli etdi... – Ukraynanı NƏ GÖZLƏYİR?
12-02-2025, 10:24
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
13-02-2025, 14:59
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
17-02-2025, 12:07
Britaniya Ukraynaya qoşun göndərməyə HAZIRDIR - RƏSMİ
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
5-12-2024, 19:04
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
3-10-2024, 18:02
İki avantüristin görüşü - Makron Paşinyanı təlimatlandırır - ŞƏRH
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
23-07-2024, 14:20
ABŞ-də siyasi səhnə marafonunda "qocalmış atları güllələyirlər" - Seçki amansızlığı – TƏHLİL
1-03-2025, 16:01
Tramp barmaq silkələyərək hansı mesajı verirdi?
1-03-2025, 16:33
Tramp barmaq silkələyərək hansı mesajı verirdi?
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ