Dr. Nərgiz Həşimzadə-Karantin rejimində psixoloji sağlamlığın və pozitiv əhval-ruhiyyənin qorunması yolları



MüsahibimDIMED Medical Center-in psixoloq- nevropotoloqu  Tibb üzrə fəlsəfə doktoru Nərgiz Həşimzadədir. Həkimlə Karantin rejimində psixoloji sağlamlığın və pozitiv əhval-ruhiyyənin qorunması yolları haqqında danışacayıq. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.



– Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus səbəbindən ciddi gərginlik müşahidə olunur. Sizcə, belə vəziyyətdə necə davranmalıyıq?
– Təəssüf ki, bütün dünyada koronavirusla bağlı yaranmış narahatlıq ölkəmizdə də müşahidə olunur və bu proses bir qrup insanın təşvişə düşməsinə zəmin yaradır. Açığı, biz bu halı normal qarşılamalıyıq, çünki söhbət indiyə qədər bizə məlum olmayan virusdan gedir. Amma yenə də psixoloji gərginliyi özümüzdən uzaqlaşdırmalı və qaydalara əməl etməliyik. Bilməliyik ki, ancaq bu halda özümüzü və ölkəmizi bu virusdan qoruya bilərik. Düşünün ki, bundan daha ağır vəziyyətlərdə daha çətin problemin öhdəsindən gəlmişiksə, bunun da öhdəsindən gələ bilərik. Həmçinin unutmayın ki, bu virus hamı üçün təhlükə yaradır. Bununla tək mübarizə aparmaq hamılıqla buna çalışmaqdan çətindir. Mən bu dövrdə insanların bütün diqqətini bədəninə yönəltməsinin əleyhinəyəm. Belə olduqda mütləq səhhətinizdə hər hansı bir ağrı olacaq ki, bu da psixoloji gərginlik yaradacaq. Əgər koronavirusdan qorunmaq üçün qaydalara tam şəkildə əməl etsək, onda içimizdə psixoloji rahatlıq olacaq ki, özümüzü qorumaq üçün hər şeyi edirik və bu problemlə üzləşməyəcəyik. Məncə, ölkəmizdə koronavirusdan qorunmaqla bağlı videoçarxların çəkilməsi də yerinə düşərdi. Həmçinin daha çox evdə qalmağımızın müsbət tərəflərini üzə çıxarmağa çalışmalıyıq. Məsələn, gərgin iş rejimindən uzaqlaşmaq, indiyə qədər vaxt azlığı səbəbindən edə bilmədiyimiz nələrisə etmək, özümüzə, ailəmizə zaman ayırmaq kimi nüansları müsbət məqam kimi qiymətləndirə bilərik. Məsələn, indiyə qədər edə bilmədiyimiz şeylərin siyahısını hazırlamaq və onları reallaşdırmaq ən yaxşı seçim ola bilər. Tutaq ki, kitab oxuya, film izləyə, dil öyrənə, musiqi dinləyə bilərik.

Nərgiz xanım, koronavirus pandemiyası və karantin rejimi bir çox insanların psixoloji durumuna təsir edir. Sizin insanlara məsləhətiniz?
Pandemiya dövrünü yaşayanları 2 qrupa bölüb: virusu qəbul etməyib, qorxmayanlar və çox arxayın olanlar. Digər qrup hər xırda əlamətdən qorxub, virusu məhz onu tutacağı panikası ilə təşviş keçirənlər. Əslində qorxmamaq yaxşıdır düşünürsüz.Amma psixoloji baxımdan təhlükə vaxtı orqanizmə tam rahatlıq verən insanların yoluxma riski daha da artır. İnsan beynini təhlükənin olmadığına əmin edəndə orqanizmdə müdafiəyə hazır olma düyməsi sönür, immunitet yatır və hazır vəziyyətdə olmur. Ona görə virusun ən kiçik əlamətləri belə hiss olunmur və virus bədənə düşəndə immunitet cavabı gec işə düşür. Olub ki, həqiqətən koronavirusa yoluxmuş insan “adi soyuqdəymədir, keçib gedəcək, özünü təcrid nəyə lazımdır, adi həyata davam deyərək” gündəlik həyatına davam edib, həm özünün vəziyyəti gecikərək ağırlaşıb, həm də ətrafını yoluxdurub. İnsanın ümumdünya təhlükə vaxtında heç vaxt heç nə olmayacağını düşünməsi təhlükəlidir. Hər an yoluxacağını düşünə ikinci qrup insanların isə də neqativ nəticələr gözləyir.
Bir insan hər saniyə yoluxduğunu düşünərsə, onun orqanizmində elə bu virusa bənzər yalançı simptomlar baş qaldıra bilər. Heç nə olmadığı yerdə burundan su axma, boğazın tutulması, nəfəsalmada çətinlik və s. baş verə bilər. Xəstələnmək qorxusu və fikri psixosomatik şüuraltı təsir edir. Düzdür, bu adamların orqanizmi daim hücuma hazır ol rejimində çalışır. Amma stress sinir sistemini öldürür, damarlar sıxılır, qana adrenalin və kortizol çox sıçrayır. Bu isə infarkt, insult, ürək tutmasına gətirib çıxara bilər. Ona görə həm müdafiə tədbirləri görmək, həm də ortaq məxrəci tutub psixoloji durumu sabit saxlamaq lazımdır. Yaxşı düşünün, amma laqeyd olmayın.

Karantin rejimində psixoloji sağlamlığın və pozitiv əhval-ruhiyyənin qorunması yolları hansılardır?
Sosial təcrid və karantin rejimi insanların gündəlik həyat rejiminin ciddi şəkildə dəyişməsinə, sosial fəallığının azalmasına, bu isə öz növbəsində psixoloji gərginliyin yaranmasına səbəb olur. Bu prosesin düzgün idarə olunmaması insanlarda ciddi psixoloji pozuntulara, hətta ailədaxili münasibətlərin korlanmasına səbəb ola bilər. Dolayısı ilə hər birimiz karantin qaydalarına riayət etməklə yanaşı, həm də özümüzün və ətrafımızdakı insanların psixoloji sağlamlığının və pozitiv əhval-ruhiyyəsinin qorunması üçün müvafiq tədbirlər görməliyik.
Uzun müddət qapalı yerdə qalmaq insanlarda “kabin hərarəti” (və ya “kabin sindromu”) adlı psixoloji pozuntuya səbəb ola bilər. Bu sindrom karantin rejimi ilə yanaşı, həm də sualtı gəmilərdə, eyni nəqliyyat vasitəsilə uzunmüddətli səyahət və ekspedisiyalarda və digər bu kimi şəraitlərdə meydana çıxır. Bu hal insanlarda stress, yuxu və qida rejiminin pozulması, əsəbi davranışlar, kobud ünsiyyət və kobud zarafatlar və ya əksinə özünəqapanma və qəmginliklə müşayiət oluna bilər.

Evdə qalın! Pozitiv qalın! İnkişaf edin!


Tarix: 15-01-2021, 08:03


Bölməyə aid digər xəbərlər