-Anar Əliyev ... Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə zamanla əqidəsini bir vaxtda cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Anar həkimin portretini sezməmək mümkün deyil. Qəlb dünyasının işığı onu nəinki Azərbaycan məkanında, hətta dünyada tanınmasına gətirib çıxardı.
Anar Əliyevin zəngin elmi irsi, cərrahiyyənin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Anar həkimi təkcə Bakıda yox, respublikada hamı savadlı, öz işinə məsuliyyətli kim kimi tanıyır. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Anar həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar.
Mən həm bir müalicə olan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Anar həkimə dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğısından xəbər verir. Onunla söhbət zamanı əməliyyatın vacibliyini sadə dildə mənə elə izah etdi ki, daxilən əməliyyata mən hazır oldum.
-Həyatda qalacağıma inancım az olsa da, həkimlə söhbət ürəyimdəki qorxunu azaltmışdı. Anar həkimin və tibbi personalın çox böyük səyi nəticəsində əməliyyat zamanı çıxan problemlərin də aradan qaldırılmasına səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları Anar həkimin sayəsində oldu.
Bölməyə aid digər xəbərlər