Dr.Babək Sadıqov - Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş edən həkim

5 nömrəli Şəhər Klinik Xəstəxanasının Tibb Elmləri namizədi  Babək Sadıqovun peşəkar Qastroenteroloq olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir. Onun əlində olan şəfa, insanlara qarşı hörmət və qayğısı həkimin ilk növbədə əsil bir insan olmasının bariz nümunəsidir. Yaşından və tutduğu məqamlardan asılı olmayaraq, Dr.Babək Sadıqovun qəbulunda olan şəxs kabinetdən çıxarkən: -Sağ ol həkim, var olsun şəfalı əllərin deyərək, minnətdar olduğunu bildirir.
Öz peşəsinin ustadı olan Babək Sadıqov müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim, təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim –Qastroenteroloq sözün əsl mənasında ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O təltif Babək həkimin xalq tərəfindən əldə etdiyi ehtiram və sözüninamdır.
-Sözün əsl mənasında hippokrat andına sadiq həkim Babək həkimə bütün ziyalı təbəqə, Media nümayəndələri və xalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.


Tarix: 27-01-2021, 09:29


Bölməyə aid digər xəbərlər