13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
"Yaxın gələcəkdə İtaliya-Azərbaycan Universiteti üçün bina inşa ediləcək"

"İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə  mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir".
Marja xəbər verir ki, bunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib.
İlham Əliyev "İtaliyaya dövlət səfərim çərçivəsində təhsil sahəsində də əməkdaşlıq müzakirə olundu" deyərək çıxışına belə davam edib:
"İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram və mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır.  Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər".


Tarix: 7-12-2020, 21:07


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı