Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 20 Yanvar hadisəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BXA-nın idarə heyəti, müəllim və şagirdləri iştirak ediblər.
Anım tədbirində tam orta təhsil pilləsinin şagirdlərinin ifasında 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, həmin gün baş verənlərlə bağlı video rolik nümayiş olunub.
20 Yanvara həsr olunmuş “İlahi” adlandırılan rəqs kompozisiyasında Azərbaycan xalqına qarşı törədilmiş cinayət, ümumən insanlığa qarşı həyata keçirilən terror aktı, 131 nəfərin amansızlıqla qətlə yetirlməsi, faciədən əziyyət çəkən insanların taleləri əks olunub.
Rəqs kompozisiyasının quruluşçu xoreoqrafı BXA-nın tam orta təhsil pilləsinin xüsusi fənlər üzrə direktor müavini, müəllim- xoreoqraf Kamilə Əliyevadır.
Bölməyə aid digər xəbərlər