13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Pompeodan Lavrova: Faktları doğru anlamırsan!

Rusiya xarici işlər naziri Sergey Lavrov yenə də faktları doğru anlamır.
QanunXəbər.com  xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Lavrovun ittihamlarına cavabında deyib.
“Lavrov Aralıq Dənizi Dialoqunda çıxışında ABŞ-ı Aralıq dənizində siyasi oyunlarda və Liviya üzrə xüsusi nümayəndə təyinatını uzatmaqda ittiham etdi. Cənab Lavrov yenə də faktları yanlış anlayır və tarixi yenidən yazmağa cəhd edir. Bu, təəssüfləndirir”, - deyə Pompeo bildirib.
Qeyd edək ki, S.Lavrov Yaxın Şərqin terrorizm, humanitar fəlakət, insan haqlarının pozulması kimi əsas problemlərinə görə Vaşinqtonu ittiham etmişdi


Tarix: 16-12-2020, 08:13


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı