13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Türkiyə reaksiya verməsəydi, xaos başlamışdı

Türkiyə Haftar və dəstəkçilərinə qarşı Liviya Milli Razılıq Hökumətinin çağırışına müsbət reaksiya verməsəydi, ölkə xaosa yuvarlanardı.
QanunXəbər.com  xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa mediasına müsahibəsində deyib.
Türk nazir Liviyadakı böhranın hərbi yox, məhz siyasi həllinin olduğunu bir daha xatırladıb:
“Səylərimiz sayəsində küləyin istiqaməti dəyişdi və beləliklə, liviyalılar arasında dialoq və razılaşma cəhdləri yarandı”.
Çavuşoğlu Liviyada atəşkəsin qorunmasının xüsusi önəmini vurğulayıb. Türkiyə XİN rəhbəri, həmçinin əlavə edib ki, Liviya böhranı NATO üçün əhəmiyyətli imtahandır:
“Yaxın çevrəsindəki böhranları idarəetmə imkanını dəyərləndirir. NATO-dakı partnoylarımıza alyansın Liviyada güclü hərbi qurumlar inşa etməyə yardım etməsi gərəkdiyini söyləyirik”.


Tarix: 29-12-2020, 08:19


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı