İrəvan qaynayır: Müxalifət oturaq aksiyaya qərar verdi

İrəvanın Azadlıq meydanında müxalifətin mitinqi başlayıb.
QanunXəbər.com  xəbər verir ki, mitinqə Vətənin Xilası Hərəkatına daxil olan partiyalar və tərəfdarları qatılıb.
Müxalifətin təşkil etdiyi mitinqdə orduya dəstək ifadə edilir və Nikol Paşinyanın istefası tələb edilir.
Mitinqdə çıxış edən müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Marukyan Paşinyana qarşı mübarizənin birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin başladığını deyib.
***
Ermənistan müxalifəti parlamentin önünə doğru yürüşə başlayıb.
Müxalifət nümayəndələri Azadlıq meydanında oturaq aksiyaya qərar verib.
***
Vətənin Xilası Hərəkatının nümayəndələri Ermənistan parlamentinin binasının qarşısında çadırlar qurmağa başlayıb.
Müxəlifət nümayəndələri parlament binasının yerləşdiyi Baqramyan prospektini bağlayıb və bütün gecəni orada keçirəcəklərini bəyan ediblər.
Bundan başqa müxalifət Prezident Armen Sərkisyanla görüşmək üçün nümayəndə heyəti də göndərib.


Tarix: 25-02-2021, 19:28


Bölməyə aid digər xəbərlər