Bakının Xətai rayonunda sakinlər su qıtlığından əziyyət çəkir.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, Xətai rayonu, Nəsirəddin Tusi küçəsi, 2 ünvanında yaşayan sakinlərə suyun verilməsində problem var:
Vətəndaşlar iddia edir ki, ərazidə yeni tikilən “ASAN Xidmət” mərkəzinin su ilə təminatını həmin binanın hesabına təmin etmək istəyirlər. Lakin sakinlərin etirazından sonra bu iş dayandırılıb.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a bildirib ki, ərazidə təsdiqlənmiş qrafikə uyğun su verilir:
“Səhərdən günortaya kimi, axşam da saat 18:00-dan gecəyə kimi verilir. Bu, razılaşdırılmış qrafikdir. Suya tələbat kəskin artıb. Eyni zamanda, su ehtiyatları azalıb. Ona görə bəzi ərazilərdə gündüz saatlarında suyun verilməsi dayandırılır və anbarlarda ehtiyat toplanır. Ötən ilin eyni dövrü ilə müqayisədə Bakıya verilən suyun həcmi azalıb. Bu da su təchizatına təsir edir”.
A.Cəbrayıllı qeyd edib ki, ərazidə yeni tikilən “ASAN Xidmət” mərkəzinin su ilə təminatı magistral xətdən suyun götürülməsi hesabına təmin olunacaq:
“Sakinlər “ASAN Xidmət” mərkəzinin su ilə təminatının sözügedən binadan götürülməməsi üçün müraciəti edib. Razılığa gəlinib ki, “ASAN Xidmət” mərkəzinin su ilə təminatı magistral xətdən təmin edilsin”.
İlhamə Əbülfət
Bizimlə əlaqə saxlayın
Bölməyə aid digər xəbərlər