13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
“İran ABŞ-dan general Süleymaninin qisasını alacaq” - Hüseyn Salami


İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) komandiri, general-mayor Hüseyn Salami “General-leytenant Qasım Süleymanini öldürənlərdən qisas almaq İranın istəyidir” deyib.
Çərşənbə axşamı Tehranda bir sərginin açılışında Salami sərt açıqlamalar verib.
“Düşmənlər səhvən İranın böyük liderlərinin şəhid olması ilə İslam inqilabının tərəqqisini dayandıracağına inandılar. Şəhid Süleymaninin qanı üçün intiqam istək halına gəldi. İran təkcə amerikalılar tərəfindən general-leytenant Süleymaninin öldürülməsinin qisasını almayacaq, həm də Əl-Qudsu (Qüds) azad etmək və düşmənlərini qovmaq missiyasını yerinə yetirəcək” deyib.
O, “Yeri gəlmişkən, bu, ilk xəbərdarlıq deyil” sözlərini əlavə edib.
İyul ayında İraqın Baş naziri ilə görüşdə İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei ABŞ-a xəbərdarlıq edib ki, İran general-leytenant Süleymaninin qətlinə mütləq cavab verəcək.
Xamenei “İran İslam Respublikası Amerikanın İraqda ən yüksək komandirin qətlini heç vaxt unutmayacaq və şübhəsiz ki, amerikalılara zərbə endirəcək” deyib.
Xatırladaq ki, yanvarın 3-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri, general Süleymani Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında Amerikanın pilotsuz təyyarəsinin vurması nəticəsində öldürülüb.
İraq Xalq Səfərbərlik Birliyinin antiterror qrupu komandirinin müavini Əbu Mehdi əl-Muhandis və daha bir neçə nəfərin ölümü ilə nəticələnən hücum general Süleymani İraqın paytaxtında rəsmi səfərdə olarkən baş verib.


Tarix: 4-08-2020, 19:02


Bölməyə aid digər xəbərlər