Həkim Bəhram Bağırzadənin vəziyyəti barədə: “Aktiv hərəkətlərə cəhd edir”

"Bəhram Bağırzadənin vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika qalmaqdadır".
Bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. O bildirib ki, Əməkdar artistin huşu aydındır:
"Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur, fəaldır. Aktiv hərəkətlərə cəhd edir. Bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı isə müvafiq tədbirlərin aparılması davam etdirilir". 


Tarix: 8-07-2020, 10:31


Bölməyə aid digər xəbərlər