Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır.

44 gün: sentyabrın 27-dən noyabrın 10- dək davm edən Vətən müharibəsi –ikinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu. Bəli, 27 Sentyabr! Bu, o tarixdir ki, Ermənistan –Azərbacan  Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması üçün məhz həmin gün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Və 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi Qarabağ Azərbaycandır və nida şüarını əldə rəhbər tutan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbiçiləri Vətən torpaqlarının ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Vətənimizin mərd, cəsur övladarı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Şəhid ailələri və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Şəki şəhərində də diqqət mərkəzində saxlanılır. Şəhər rəhbərliyinin tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir. 
Elxan Usubov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanır və problemləri yerindəcə həll edir.
Cənab başçı Elxan Usubov Şəhid ailələri və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qazilərini diqqət mərkəzində saxlamaqla bərabər koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə sosial aksiyaya davam edir.
Şəki rayon sakinləri adından Aytən xanım Əliyeva dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmasına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə Şəki rayon İcra Hakimiyyətinin başçısı
 -Cənab Elxan Usubova təşəkkür edir. Rayon İcra Hakimiyyəti karantin davam edən günlərdə bizə dəstək oldu, vətəndaşların qayğıları və sağlamlığları ilə maraqlandı və bütün vətəndaşlarımızı bu həssas dövrdə həmrəy olmağa, dövlətin elan etdiyi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırdı.


Tarix: 22-12-2020, 17:35


Bölməyə aid digər xəbərlər