16:03 / 25-11-2024
Bu Qanuna əlavə təsdiqləndi
10:30 / 25-11-2024
Əli Əsədov Qərar imzaladı
13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Prezident: Keçmiş köçkünlərimizi torpaqlarına qaytarmaq...

Diqqətinizə çatdırmaq istədiyim digər bir məqam, bizim bərpa edilən enerjiyə dair planlarımızla bağlıdır. Biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik. Onların ikisi ilə biz artıq inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq.
QanunXəbər.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında danışıb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına əsasən, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır və bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb olunması bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur.
İşğaldan azad olunmuş ərazilərimizdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yarandığını bildirən Azərbaycan Prezidenti deyib:
“Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad olunmuş əraziləri yaşıl enerji ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və küləyin potensialından istifadə edərək həmin layihələri icra edəcəyik”.
Prezident qeyd edib ki, daha bir layihə bütün azad olunmuş ərazilərdə ağıllı şəhərlərin yaradılmasıdır və bununla bağlı da hazırlıq işlər gedir.
“İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu böyük bir çağırışdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik”, - deyə dövlət başçısı əlavə edib.


Tarix: 11-02-2021, 21:36


Bölməyə aid digər xəbərlər