16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Nəsimi rayonunda yanğın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı iclas keçirilib

Nəsimi rayonunda yanğın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı iclas keçirilib
Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin 2-ci ərazi Dövlət Yanğın İdarəsinin rəhbər şəxslərinin, RİH başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, Nəsimi rayon Mənzil Kommunal təsərrüfat birliyi və digər aidiyyəti qurumların iştirakı ilə rayon ərazisində yanğın təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə iclas keçirilib.

Milliirs.AZ xəbər verir ki, iclasi giriş sözü ilə açan RİH başçısının müavini Ramiz Quliyev fövqəladə hallara qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib.

İclasda çıxış edənlər - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin 2-ci ərazi Dövlət Yanğın İdarəsinin rəisi, daxili xidmət polkovnik leytenantı İlqar Əsgərov, RİH başçısının müavini Zahid Xəlilov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik leytenantı Nazim Hacıyev, Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Nizami Mayılov, RİH başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nuru Əhmədov və digərləri çıxış edərək müzakirə olunan məsələnin əhəmiyyətindən danışaraq yanğın təhlükəsizliyinin monitorinqi məqsədi ilə müvafiq tədbirlərin vacibliyini qeyd etdilər.

İclasin sonunda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Nəsimi rayonunda yanğın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı iclas keçirilib
Nəsimi rayonunda yanğın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı iclas keçirilib
 


Tarix: 14-07-2021, 13:05


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı