Yəhudilər Ərdoğandan yardım istədi: Unikal mövqedəsiniz!

Yəhudilər Ərdoğandan yardım istədi: Unikal mövqedəsiniz!

7 oktyabrdan bəri HƏMAS tərəfindən girovluqda saxlanılan israillilərin ailələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

İsraildəki “Girovlar və İtkin Ailələri Forumu” məktubu açıq şəkildə dərc edib.

Məktubda Türkiyə liderinin beynəlxalq aləmdə böyük nüfuza sahib siyasətçilərdən olduğu xüsusi vurğulanır:

“Bizlər dərin kədər və iztiraba səbəb olan bu böhrana müdaxilə etməniz üçün sizin yardımınızı istəyirik. Qaçırılmalarından bəri ailə üzvlərimizlə əlaqə yarada bilməmişik. Bizə kömək etmək üçün unikal bir mövqedə olduğunuza inanırıq.

Yaxın Şərqdə, müsəlman dünyasında və onun hüdudlarından kənarda geniş nüfuza malik böyük dövlətlərindən birinin lideri olaraq, sizin bizə kömək etmək üçün unikal bir mövqedə olduğunuza inanırıq.

Bu səbəbdən girovların səhhəti ilə bağlı məlumat almaq, lazımi tibbi ehtiyacları gecikdirmədən təmin etmək və dərhal sərbəst buraxılmalarını təmin etmək üçün sizə çağırış edirik”.(TRT)

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadasının 200-dən çox israillini girov saxladığı bildirilir.


Tarix: 17-11-2023, 20:27


Bölməyə aid digər xəbərlər