İstehlak bazarı 5,5 faiz ARTIB

İstehlak bazarı 5,5 faiz ARTIB
Bu ilin yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 56,9 milyard manat olmaqla 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,3 faiz artaraq 54 milyard 750,9 milyon manata bərabər olub, onun 47,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 560,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 76,6 manat çox vəsait xərcləyib.


Tarix: 27-11-2023, 08:29


Bölməyə aid digər xəbərlər