13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Qriqoryandan delimitasiya komissiyasının növbəti görüşü barədə açıqlama

Qriqoryandan delimitasiya komissiyasının növbəti görüşü barədə açıqlama


“Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonu keçiriləcək”.

Bunu “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, iclasın keçiriləcəyi konkret tarix və məkan əlavə olaraq razılaşdırılacaq. 

Qriqoryan qeyd edib ki, ilkin razılaşmalara uyğun olaraq, görüşdə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsi nəzərdən keçiriləcək. O bildirib ki, sözügedən əsasnamədə isə birgə iş zamanı istifadə üçün hüquqi əhəmiyyət kəsb edən sənəd və hüquqi aktların növləri və digər bu kimi məsələlər dəqiq müəyyən edilməlidir. 

Xatırladaq ki, bundan əvvəlki görüş ötən il noyabrın 30-da baş tutub (Modern)


Tarix: 15-01-2024, 14:23


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı