Qarabağ separatçılarının keçmiş komandanı məhkəməyə çıxarılır

Qarabağ separatçılarının keçmiş komandanı məhkəməyə çıxarılır

Qarabağdan qovulmuş qondarma “Artsax” separatçılarının keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyan məhkəməyə çıxarılır.

Cəlal Arutyunyanla bağlı cinayət işinə Sisian məhkəməsində hakim Qarik Abelyanın sədrliyilə baxılacaq.

İlk iclas yanvarın 25-də keçiriləcək. Məlumata görə, məhkəmə iclasına ev dustaqlığında olan Cəlal Arutyunyanın özü də gələcək.

Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük müharibə günlərində, xüsusilə oktyabrın 12-də ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan xidməti vəzifələrə vicdansız və səhlənkar münasibətdə ittiham olunur.

Arutyunyan ittihamı qəbul etmir, vəkili Arsen Sardaryan cinayət təqibinin dayandırılması barədə vəsatət verib. “General açıq-aşkar başqa şəxslərin ixtiyarında olan belə bir əməldə ittiham olunur. Həmin şəxslər diviziyanın mühafizəsini və müdafiəsini lazımınca təşkil etməyən ayrı-ayrı batareyaların rəhbərləridir”, - Sərdaryan bildirib.

Cəlal Arutyunyana qarşı 44 günlük müharibə zamanı Qarabağın cənub istiqamətində əks-hücum həyata keçirdiyinə görə başqa cinayət işi başlanmışdı. Vəkilin sözlərinə görə, bu epizodda Cəlal Arutyunyanın təqsirsizliyi sübuta yetirilib, ona qarşı cinayət təqibi dayandırılıb.(“Hraparak”)




Tarix: 23-01-2024, 09:27


Bölməyə aid digər xəbərlər