“Deloitte” beynəlxalq konsaltinq şirkəti 2022/23 mövsümünün nəticələrinə əsasən ən gəlirli Avropa klublarının reytinqini tərtib edib.
Reytinq cədvəlinə "Real Madrid" (831 milyon avro) başçılıq edir. İkinci yerdə İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi "Mançester Siti" (826 milyon) qərarlaşıb. Paris Sen-Jermen (802 milyon) üçüncü yeri tutub.
Avropanın ən yaxşı 20 klubunun gəlirləri rekord oyun günü və reklam gəlirləri də daxil olmaqla 14 faiz artaraq 10,5 milyard avroya çatıb. Kommersiya gəlirləri 2015/16-cı ildən bəri ilk dəfə olaraq yayım gəlirlərini üstələyərək ən böyük qazanc mənbəyinə çevrilib.
Ən gəlirli klublar onluğuna, həmçinin “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8), “Bavariya” (744), “Liverpul” (682,9), London “Tottenhem” (631,5), “Çelsi” (589,4) və “Arsenal” (532,6) daxildir.
Bölməyə aid digər xəbərlər