“Liverpul” və “Mançester Siti”dən asan qələbə

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, ötən gün daha dörd qarşılaşma baş tutub.
Avrokuboka vəsiqə iddiasında olan “Nyukasl” ikinci pillənin sahibi “Mançester Siti” ilə qarşılaşıb və darmadağına üzülüb.
“Vulverhempton” “Şeffild Yunayted”ə uduzub. Qarşılaşmada Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yenə iştirak ərizəsinə salınmayıb.
Çempionluğu təmin etmiş “Liverpul” isə “Brayton” səfərində 3 xalı çətinlik çəkmədən əldə edib.
Turun qalan matçları bu gün keçiriləcək.
İngiltərə Premyer Liqası
XXXIV tur
8 iyul
“Mançester Siti” – “Nyukasl” - 5:0
Qollar: Qabriel Jezuş, 10; Mahrez, 21; Fernandes, 58 (avtoqol); David Silva, 65; Sterlinq, 90+1
“Şeffild Yunayted” – “Vulverhempton” - 1:0
Qol: Eqan, 90+3
“Vest Hem” – “Bernli” - 0:1
Qol: Rodriges, 38
“Brayton” – “Liverpul” - 1:3
Qollar: Trossard, 45 - Salah, 6, 76; Henderson, 8


Tarix: 9-07-2020, 08:54


Bölməyə aid digər xəbərlər