13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Çay həm də cavanlıq iksiri imiş – Araşdırma

Çay həm də cavanlıq iksiri imiş – Araşdırma
Çay qocalma ilə mübarizə aparır və müntəzəm istehlak edildikdə bioloji yaşı azaldır. Çay içənlərdə yuxusuzluq və narahatlıq əlamətləri daha az hiss edilir.

Bu barədə Çinin bir qrup aliminin araşdırmasında qeyd olunub.

Alimlər iştirakçılar arasında sorğu keçirərək onların hansı növ çaya üstünlük verdiyini və nə qədər içdiklərini öyrənib. Sonra iki il ərzində alimlər iştirakçıları müşahidə edib və onların bioloji yaşı haqqında məlumat toplayıb.

Tədqiqatda Böyük Britaniyadan 37-73 yaş arası 5998 və Çindən 30-79 yaş arası 7931 nəfər iştirak edib.

Tədqiqatın aparıcı müəlliflərindən biri Yi Xianq bildirib ki, gündə təxminən üç fincan çay və ya 6-7 qram çay yarpağı içmək yaşlanma əleyhinə təsir göstərir:

“Bioloji yaşın azalması çayın tərkibində çoxlu miqdarda olan maddələr və aktiv birləşmələr səbəbindən baş verir. Ən böyük effekti çayı müntəzəm və ölçülü şəkildə içən iştirakçılar hiss edib”.

Qeyd edək ki, gün ərzində çox içilən çayın orqanizmə ziyan verdiyi haqda da araşdırmalar var.



Tarix: 27-01-2024, 10:00


Bölməyə aid digər xəbərlər