Eyvazov iki rəis müavinini sərəncama göndərdi

Eyvazov iki rəis müavinini sərəncama göndərdi

Zərdab Rayon Polis şöbəsinin iki rəis müavini sərəncama göndərilib.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenatı Urman Ağayev və əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı İkram Əhmədov vəzifəsindən azad edilib.

Onların hər ikisi sərəncama götürülüb.

Qeyd edək ki, Urman Ağayev 2020-ci ildə, İkram Əhmədov 2021-ci ildə sözügedən vəzifələrə təyin olunub.(Qaynarinfo)



Tarix: 6-02-2024, 11:04


Bölməyə aid digər xəbərlər