Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir

Azərbaycan “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.
Oxu.Az xəbər verir ki, ölkəmiz siyahıda bütün qonşularını geridə qoyub.
Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib və “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb.
Müqayisə üçün qeyd edək ki, Şərqi Avropada və Mərkəzi Asiyada orta göstərici 70,9 bal təşkil edir.
Məlumata görə, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul şəxs qeydə alınmayıb. 
Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub.
Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir.
Qeyd edək ki, hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.


Tarix: 10-07-2020, 12:23


Bölməyə aid digər xəbərlər