13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Müharibənin iki ili: Rusiya və Ukrayna nələr itirdi?

Müharibənin iki ili: Rusiya və Ukrayna nələr itirdi?
Fevralın 24-də Rusiyanın Ukraynaya irimiqyaslı təcavüzünün iki ili tamam olur.

İki il ərzində Rusiya və Ukraynanın döyüş meydanında verdiyi canlı qüvvə və hərbi texnika itkilərinin siyahısını təqdim edirik.

Ukrayna Baş Qərargahının yaydığı hesabata əsasən, Rusiyanın iki il ərzində 408 240 hərbçisi zərərsizləşdirilib.
Rusiya ordusu döyüş meydanında 6 526 ədəd tank, 12 410 ədəd zirehli döyüş maşını, 9 916 ədəd artilleriya sistemi, 999 ədəd reaktiv yaylım atəş sistemi, 682 hava hücumundan müdafiə sistemi, 12 960 ədəd avtomobil texnikası və 1 575 xüsusi avadanlıq itirib.

Bundan başqa, Ukrayna rusların 339 hərbi təyyarəsini, 325 helikopterini, 7 628 ədəd PUA-sını, 1 903 qanadlı raketini məhv edib.

Müharibə başlayandan bəri itki baxımından ən çox ziyan çəkən Rusiyanın Qara dəniz donanması olub.

Donanma iki il ərzində 25 gəmi və kater və 1 sualtı qayıq itirib. Donanmanın itkilərinə “Moskva” kreyseri, “Saratov”, “Novoçerkassk”, “Minsk” və “Sezar Kunnikov” desant gəmiləri və “Rostov Don” sualtı qayığı daxildir.
Rusiya Müdafiə Nazirliyinin son hesabatına əsasən isə Ukrayna iki il ərzində döyüş meydanında 572 təyyarə, 266 helikopter, 13 137 PUA, 473 zenit-raket kompleksi, 15 171 tank və digər zirehli texnika, 1 223 reaktiv yaylım atəş sistemi, 8138 artilleriya və minaatan, 18 950 xüsusi hərbi avtomobil texnikası itirib. Rusiya MN gündəlik hesabatlarında Ukrayna canlı qüvvə itkisi ilə bağlı məlumat vermir. Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu 2023-cü ilin dekabrın 19-da verdiyi açıqlamasında Ukrayna ordusunun canlı qüvvə itkisinin 383 min nəfər (ölü və yaralılarla birlikdə - red.) olduğunu bildirmişdi.

ABŞ Müdafiə Nazirliyi isə 2024-cü ilin fevralın 15-də açıqladığı hesabatda Ukraynanın 300 minə yaxın canlı qüvvə itkisi verdiyini açıqlamışdı. Pentaqonun məlumatlarına görə bu rəqəmin 60 minini ölü sayı təşkil edir.



Tarix: 24-02-2024, 10:20


Bölməyə aid digər xəbərlər