12:45 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:44 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:01 / 21-11-2024
Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək
15:02 / 15-11-2024
Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir
14:30 / 15-11-2024
Rövşən Rüstəmova yeni müavin TƏYİN EDİLDİ - DOSYE
12:34 / 15-11-2024
Sülh sazişi ilə bağlı konkret razılaşma yoxdur - XİN rəhbəri
11:54 / 15-11-2024
Ceyhun Bayramov: Ümid edirik ki, iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacaq
10:29 / 15-11-2024
COP29-un 5-ci gününün GÜNDƏLİYİ
09:45 / 15-11-2024
Bakıda 4 marşrutun fəaliyyəti BƏRPA EDİLİR
09:16 / 15-11-2024
“Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” proqramı təsis edilib
17:39 / 14-11-2024
Spiker Millətlər Birliyinin Baş katibi ilə görüşüb
17:02 / 14-11-2024
Mikayıl Cabbarov: "Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir"
16:11 / 14-11-2024
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
15:08 / 14-11-2024
Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”
14:34 / 14-11-2024
Yeni ildə neçə gün iş olmayacaq?
13:09 / 14-11-2024
Fransa - İsrail oyunundan öncə təhlükəsizlik tədbirləri gücləndirilib
12:49 / 14-11-2024
"İqlim Skaneri"nin ilkin nəticələri təqdim olunub
11:29 / 14-11-2024
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO
10:07 / 14-11-2024
Bakının bu qəsəbəsinin qazı kəsiləcək
09:36 / 14-11-2024
COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb
09:05 / 14-11-2024
COP29-un dördüncü günü: Kimlər çıxış edəcək? - SİYAHI
18:46 / 13-11-2024
AKAF COP29-la bağlı avarçəkmə yürüşü keçirəcək
18:07 / 13-11-2024
Əsədovla Mişustin perspektivləri müzakirə etdi - Foto
17:38 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü
17:13 / 13-11-2024
Prezidentin nəvəsi Ronaldinyo ilə - Foto
16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
15:59 / 13-11-2024
Əkrəm İmamoğlu Bakıda - FOTO
15:11 / 13-11-2024
İlham Əliyev görüşlər keçirir - Foto - Yenilənib
14:20 / 13-11-2024
Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti dayandırılır
Azərbaycanlı alimin oğlu ABŞ-ın ən nadir məktəbinə qəbul olunub - MARAQLI
Bölməyə aid digər xəbərlər
ABŞ-da tibb üzrə fəaliyyət göstərən - Nyu-York Dövlət Universitetində çalışan azərbaycanlı alim Şövqü Hüseynov həm azyaşlı övladının uğuru, həm də onun qəbul olunduğu təhsil ocağının fəaliyyəti barədə maraqlı paylaşım edib.
Modern.az saytı həmyerlimizin yazısını təqdim edir:
- Bu paylaşım oğlum Binnətin Amerika Birləşmiş Ştatlarında (ABŞ) qazandığı yeni bir uğurla bağlıdır.
Şübhəsiz ki, mən də bir valideyn kimi bu uğura sevinir və qürur hissi keçirirəm. Amma bu paylaşımımın başlıca məqsədi doğma Azərbaycan xalqıma gözəl nümunə göstərib hər bir ovladımızın elm və təhsildə uğur qazanmasına yardım etməkdir.
Nəzərinizə çatdırım ki, ABŞ-da orta məktəblər 3 pilləlidir. İbtidai məktəb (1-4-cü siniflər), Orta məktəb (5-8-ci siniflər) və Ali məktəb (9-12-ci siniflər).
ABŞ-da bu 3 pilləli məktəblərin - özəl, çarter və dövlət məktəbləri – ümumilikdə sayı 165 mindən çoxdur.
Hazırda bizim ABŞ-da yaşadığımız Nyu York Ştatının Buffalo şəhərində CİTY HONORS adlı bir məktəb var ki, burda təhsil 5-ci sinifdən 12-ci sinfə qədərdir. Bu məktəbin təməli 1975-ci ildə eksperimenal məktəb kimi qoyulub (Bakı şəhərindəki Avropa Liseyi kimi). Bu məktəb istedadlı və vergili uşaqlar məktəbidir. Məktəbə uşaq qəbulu müxtəlif kriteriyalar üzrə aparılır:
1) Şagirdin əvvəlki 4 ildə dərslərdən aldığı qiymətlər.
2) Şagirdin əvvəlki illərdə dərsə davamiyyəti, məktəbdə davranış və daxılı nizam-intizama əməl etməsi.
3) Məktəbə qəbul imtahanı - bura daxıldır çox mürəkkəb İngilis dili, Riyaziyyat, heç yerdə görünməmiş və istifadə edilməmiş məntiq testləri. (Yeri gəlmişkən oğlum Binnət bu imtahandan 100% maksimum nəticə göstərib).
Bu məktəbə hər il 100 şagird qəbul olnuur, 100 şagird məzun olur.
Bu məktəb çox uzun illər ABŞ-da olan 165 min orta məktəb arasında ilk 10-luqda yer alıb və hal-hazırda da yüksək pillələrdədir.
Bu məktəbin məzunları arasında çoxlu sayda Fənn Olimpiadalarının qalibləri, idman sahəsində Dünya və Olimpiya çempionları, Nobel mükafatı almış alim, Oskar mükafatı almış sənətçi, dünyanın tanınmış sənət və peşə adamları, Amerikada yüksək dövlət vəzifələrində və məhşur özəl şirkətlərdə çalışan məmurlar, milyarderlər və s. vardır.
Hətta keçmiş Prezident Barak Obamanın dövründə işləmiş dövlət katiblərindən biri bu məktəbin məzunu olub.
Hər il bu məktəbi bitirən məzunların əksəriyyəti dünyada ilk 10-luqda yer alan universitetlərə - Harvard, MIT, Stanford, Princeton, Cornell və s. qəbul olunurlar. Bu məktəbin 98% məzunu hər il 80 min ilə 100 min dollar arasında təhsil təqaüdü qazanır, bahalı və məhşur universitetlərdə təhsil alırlar.
Bu məktəbin daha bir maraqlı xüsusiyyəti odur ki, bütün məzunları qəbul olunduğu universitetlərdə birbaşa 2-ci kursdan təhsil almağa başlayırlar.
Məktəb tam pulsuzdur. Şagirdlər gündə 3 dəfə pulsuz olaraq yeməklə təmin edilirlər. Şagirdlər dərs günlərində səhər evdən məktəbə və günorta məktəbdən evə məktəb avtobusu ilə pulsuz aparılıb-gətirilir. Bütün lazımı tədris vəsaitləri (kitab, dəftər, qələm və s.) məktəb tərəfindən pulsuz təmin edilir.
Evə dərs və tapşırıqlar verilmir, çünki gün ərzində məktəbdə dərslər sadəcə olaraq dərs xatirinə keçirilmir, həm də keçirilmiş dərslər şagirdlərə tam mənimsədilir və öyrədilir. Kimin hansı ailədən gəlməsindən asılı olmayaraq, məktəb öz işini məsuliyyətlə və vicdanla yerinə yetirir. Şagird öyrənməsə və geri qalsa, onun birbaşa səbəbkarı müəllim və məktəb direktoru hesab edilir. Çünki burda evə demək olar ki, tapşırıq verilmir və valideyndən təhsillə bağlı heç nə tələb olunmur (valideyn yalnız davamiyyət və davranışa cavabdehdir).
Yuxarıda qeyd etdiklərimdən görünür ki, bu bir nümunəvi məktəbdir.
Bu məktəb öz funksiyasını yerinə yetirir. Bu fuksiyalara aiddir:
- Bilik və təhsil vermək;
- Dünya görüşü formalaşdırmaq;
- Şəxsiyyət yetişdirmək;
- Xoşbəxt təhsil mühitini yaratmaq;
- Sağlam insan ərsəyə gətirmək və s.;
Amma bu məktəbə qəbul olunmaq lazımdır. Rəqabət çox yüksək səviyyədədir. Təxminən hər 6-10 min nəfər imtahan verən şagird arasından 100 nəfər bu məktəbə qəbul olunur. İmtahan və qəbul prosesini məktəb özü aparmır. Ümumiyyətlə, qəbulu hansı qurum aparır demək olar ki, bilinmir. Amma şəffaflıq 100%-dir. (İnşallah, sentyabrda bu məktəbin daxılındən çəkiliş edib paylaşaram).
Sonda onu da qeyd edim ki, mənim oğlum Binnət bu məktəbə yüksək balla qəbul olunub və sentyabr ayından 5-ci sinfə burada davam edəcək. Binnət ilk 4 sinfi də bu regionda olan ən yüksək reytinqli məktəbə imtahan verərək yüksək balla qazanmış və təhsil almışdı.
O, 1-ci sinfə Bakı Avropa Liseyinə qəbul olunmuşdu və orda 5 ay təhsil aldıqdan sonra mən bir alim kimi ailəvi olaraq ABŞ-a köçdüm, Nyu York Dövlət Universitetində fəaliyyətə başladım, Binnət də 1-ci sinfi burda davam etdirdi.
Bu paylaşımın digər səbəbləri də var. Onları da qeyd edirəm ki, oxuyun və çalışın faydalı olanlarından nəticə çıxarasınız:.
- Əmin olun ki, tanıdışınız alim-həkim Şövqi Hüseynov həm öz elmi tədqiqatları ilə və davamçıları olan ailə üzvləri ilə sizi Amerika Birləşmiş Ştatlarında yüksək səviyyədə təmsil edir!
- Düzgün planlama, qarşıya qoyulmuş məqsəd, prinsipiallıq, istək və zəhmət bir araya qoyularsa, bütün xoşməramlı məqsədlər çatmaq olar!
- Heç vaxt gec deyil! 1 saat, 1 gün sornra gec olacaq! Elə indi başlamaq lazımdır! Oxumağa, elmə, təhsilə heç vaxt gecikməyin!
- Yadda saxlayın! Sizi və sizin övladlarınızı sizdən çox heç kim sevə, istəyə bilməz! Övladlarınızın harda, kimin yanında təhsil almasından asılı olmayaraq, hər gün maraqlanın, sorğu-sual edin! Məsuliyyət yaradın! Bunu etməsəniz, həm gec olacaq və həm də əsl yüksək nəticəyə ümid etməyin!
Yuxarıda qeyd etdiklərim mənim gördüyüm, yaşadığım real həyat nümunəsidir!(Modern)
Sizdən də görmək arzusu ilə hələlik….
Tarix: 19-03-2024, 11:21
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
23-06-2021, 17:06
Özəl universitetlər bu tələbələrin təhsilhaqqına güzəşt etməlidir! - DİM
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
21-02-2024, 10:35
Türkiyə-Azərbaycan Universitetində hansı ixtisaslar olacaq? - Tibb təhsili mümkündür...
9-07-2020, 18:22
“Microsoft” şirkəti Azərbaycan təcrübəsi haqqında yazdı
14-03-2024, 15:27
İlham Əliyev 2 fərman imzaladı
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
21-07-2020, 21:03
Prezident İlham Əliyev: “Mən demişəm, onlar ermənilərdən də pisdirlər”