“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir

“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
Rusiya İstintaq Komitəsi “Krokus”da terror aktı ilə bağlı səkkizinci müttəhim – 32 yaşlı aşpaz və iş adamı Əlişir Qasımovun həbsini tələb edir.

Bu barədə “Baza” kanalı məlumat yayıb.

İş materialları Basmannı Məhkəməsinə verilib və yaxın vaxtlarda onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Terrorçuları “Krokus”a hücum hazırladıqları Putilkovoda mənzillə o təmin edib.

Qasimov Krasnoqorskda yaşayır və kiçik bir kafenin sahibidir.

Qeyd edək ki, 22 martda “Krokus Siti Holl”da baş verən terror aktı nəticəsində, son məlumata görə, 139 nəfər ölüb, 180 nəfər yaralanıb.



Tarix: 26-03-2024, 14:24


Bölməyə aid digər xəbərlər
26-03-2024, 17:26 Terrora görə daha bir HƏBS