Bayden Putini “qəssab” adlandırdı

Bayden Putini “qəssab” adlandırdı
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə təhqir edib.

Şimali Karolinada seçicilər qarşısında danışan Bayden Rusiya liderini “qəssab” adlandırıb.

Amerikalı milyarderlərin vergilərinin artırılması ideyasını ifadə edən Ağ Evin rəhbəri bu vəsaitlərin Kiyevə kömək üçün gedə biləcəyini bildirib.

“Biz çox şey edə bilərik! Xüsusilə, nəhayət, biz Ukraynanı qəssab Putindən qorumağın qayğısına qalacağıq”.

2022-ci ilin yazında Bayden Rusiya prezidentini “ölümcül diktator” və “quldur” adlandırmışdı.(Modern.az)



Tarix: 27-03-2024, 11:54


Bölməyə aid digər xəbərlər