Ukraynanın Təhlükəsizlik Xidməti “Russia Today” telekanalının baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyana qarşı 4 maddə üzrə yeni qiyabi ittihamlar irəli sürüb.
Simonyan əsas olaraq soyqırıma çağırış, hərbi münaqişənin təbliğ edilməsində, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyata haqq qazandırmaqda ittiham edilir.
Ukrayna Təhlükəsizlik Xidmətinin öz teleqram kanalında yaydığı məlumata görə, erməniəsilli jurnalist 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi öldürülməsinə ictimai şəkildə çağırış edib.
Qeyd edək ki, 2022-ci ilin martında Ukrayna Marqarita Simonyana qarşı Ukraynanın sərhədlərinin dəyişdirilməsi və yaxud hakimiyyətin zorakılıq yolu ilə ələ keçirilməsi məqsədilə törədilən fəaliyyətlərin maliyyələşdirilməsi maddəsi ilə ittiham irəli sürüb.
Bölməyə aid digər xəbərlər