16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Azərbaycan yeni münaqişə ocağına qarşı - əsas hədəf təhlükəsiz Cənubi Qafqazdır - ŞƏRH




Azərbaycan torpaqlarını işğaldan azad etməklə beynəlxalq güclərin uzun illər ümidinə qalan və həll edilməyən münaqişəyə son qoyaraq Cənubi Qafqazda yeni status-kvonun yaranmasının əsas müəlliflərindən oldu. Ölkəmizin əsas hədəfi regionda sülh və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi və qurulmasıdır. Çünki ölkə Ermənistanın və onun Fransa kimi havadarlarının yaratdığı şəraitdən 30 il əziyyət çəkib. Ona görə də Azərbaycan haqlı olaraq yeni münaqişə ocağının yaranmasının qarşısını bəri başdan alır.
Bölməyə aid digər xəbərlər

Azərbaycanın haqlı olduğu bir daha təsdiqlənib. Ötən gün ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
O, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

İlham Əliyev
Telefon danışığında Fransanın anti-Azərbaycan mövqeyi əsas mövzulardan olub. Çünki Fransanın xarici işlər naziri Stefan Sejurne Antoni Blinkenlə “Azərbaycan ritorikası nəzarətdən çıxır” deyərək rəsmi Bakını şantaj etməyə çalışıb.
Odur ki, Blinken təkcə, Brüssel görüşünə deyil, həm də Fransa XİN başçısı ilə keçirdiyi görüşdəki məsələyə də aydınlıq gətirməli olub.
Fransa və Ermənistan guya Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edir. Dövlət başçısı bunun da Fransanın yalan danışdığını Blinkenin diqqətinə çatdırıb.
Prezident İlham Əliyevin dövlət katibi ilə Ermənistan-Fransa cütlüyünün Cənubi Qafqazda oynadığı pozuculuq fəaliyyətini, yalan və saxta açıqlamalar verməklə vəziyyəti gərginləşdirdiklərini çatdırıb.
Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. ABŞ, Fransa həmin ərazilərin geri qaytarılmasına yardım edib, regional sülhə töhfə verə bilər. Ancaq 30 il ərzində olduğu kimi yenə də Ermənistanın başını tumarlamaqla Fransa ilə birlikdə onların yalanlarına əsaslanıb, rəsmi Bakı ilə yeni hərbi əməliyyatların başlamaması məsələsini müzakirə etməsi Cənubi Qafqazın təhlükəsizliyi, bölgədə sülh və əməkdaşlığa xeyirdən çox ziyan vurur. Bu həm də Ermənistanla birbaşa danışıqlara, habelə tərəflər arasında etimad mühitinin və dayanıqlı sülhün yaranmasına mənfi təsir göstərir. Dövlət katibinin İrəvan-Paris cütlüyünün yalanlarını rəsmi Bakı ilə müzakirəyə çıxarması da ABŞ-nin regionla bağlı məsələləri bir mənbədən aldığının göstəricisidir.

Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşündə “Ermənistanın təhlükəsizliyinə dair pakt”ın imzalanacağı xəbərini də həmin cütlüyə aid qaynaqlar yaymışdı. Onların yalanına (bu, aprelin 5-də dəqiqləşəcək) ABŞ dövlət Departamenti, Avropa İttifaqı və ötən gün isə Antoni Blinken aydınlıq gətirməyə məcbur oldu.
Yeri gəlmişkən, martın 27-də Azərbaycan Xarici İşlər Nazirliyi üçtərəfli konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıdığını, ikili standart yanaşmasına əsaslandığını vurğulamışdı.
Ermənistanın Azərbaycanla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədən qərblə qeyri-şəffaf əlaqələr qurması, qarşı tərəfin onun yalanlarına inanması regional təhlükəsizlik məsələlərinə ciddi problem yaradır. Bu ölkə yarandığı gündən əl buyruğu olub. Azərbaycan torpaqları işğal altında olanda Rusiyanın tapşırıqlarını yerinə yetirən, rəsmi İrəvan indi də eyni sədaqətlə qərbə qulluq göstərməyə çalışır. Ermənistan sovet dövründə də sonralar da Azərbaycanla bağlı yalanlar yaymaqla özünü haqlı çıxarmağa çalışıb. Azərbaycanın müharibə aparacağı ilə bağlı İrəvanın yaydığı şayiə onun ənənəvi, yalan yaymaq vərdişini tərk etmədiyini təsdiqləyir.

Əvvəllər Moskva erməni yalanlarına inanırdı. İndi bu funksiyanı ABŞ başda olmaqla Qərb bloku həyata keçirir.
İndi bölgədə yeni şərait yaranıb. Azərbaycan torpaqları işğal altında olandakı vəziyyət Türkiyə və Azərbaycandan başqa İran, Rusiya, ABŞ, Fransa da daxil olmaqla regional maraqlarını təmin etmək istəyən bütün tərəfləri qane edirdi. Çünki bu Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyun Prezident İlham Əliyevin rəhbərliyi altında alt-üst edildi. Cənubi Qafqazda yaranan mövcud vəziyyəti Qərb və Ermənistan hələ də qəbul etmək istəmir.
Beynəlxalq aləmdə davam edən gərginliklər fonunda Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı Qərbin bölgəyə xüsusi önəm verdiyini təsdiqləsə də, Ermənistana ağırlığın verilməsi perspektivə hələ ümidverici heç nə vəd etmir. Keçmiş sovet məkanlarındakı münaqişələr Qərblə Rusiyanın qarşıdurmasına təsirsiz ötüşmür. Ukrayna hadisələri sübut edir ki, bu blokun Ermənistanla əməkdaşlığı bəhanə edərək tədbirlər keçirməsi regionun təhlükəsizliyinə, sabitliyinə yaxşı nəsə vəd etmir.

Antoni Blinkenlə telefon danışığı da bu hədəfə xidmət edib. Azərbaycan regional təhlükəsizliyin əsas təminatçısıdır. Bu reallığın Qərb və başqaları tərəfindən anlayışla qarşılanması yaxşı olardı. Çünki təhlükəsiz, sabit Cənubi Qafqaz maraqlı güclərə daha çox lazımdır.(Report)
Tarix: 4-04-2024, 16:42
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
3-04-2024, 18:43
Blinken İlham Əliyevə zəng etdi
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
3-04-2024, 19:13
Üçtərəfli görüş gərginliyə gətirib çıxaracaq - PREZİDENT
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
2-04-2024, 14:58
ABŞ-Ermənistan hərbi əməkdaşlığı və susqun Tehran - ŞƏRH
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
12-04-2024, 14:17
Ermənistanın etirafı - Aİ monitorinq missiyasının sükutu - ŞƏRH
27-02-2024, 14:49
Zelenski İrəvana niyə gəlir? - Məqsəd Rusiyanı qıcıqlandırmaqdır...
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
22-02-2024, 07:45
Günün qoroskopu: Yaxınlarınızla münaqişə yaratmayın
5-04-2024, 20:53
Deputatlar bu gün nələri müzakirə etdi...
8-03-2024, 17:49
Ermənistan Laçından Azərbaycana hücum edəcək? - Yeni TƏXRİBAT
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
21-03-2024, 12:22
Paşinyan - Ursula fon der Leyen - Blinken görüşü keçiriləcək
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
19-07-2020, 12:18
Erməni təxribatı ilə bağlı məlumatlar Meksika radiosunda