15:51 / 21-11-2024
Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var
15:11 / 21-11-2024
“Anadolu S”ə hücum - husilərin Türkiyəni təxribata çəkmək cəhdi - TƏHLİL
14:04 / 21-11-2024
Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir
12:45 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:44 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:01 / 21-11-2024
Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək
15:02 / 15-11-2024
Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir
14:30 / 15-11-2024
Rövşən Rüstəmova yeni müavin TƏYİN EDİLDİ - DOSYE
12:34 / 15-11-2024
Sülh sazişi ilə bağlı konkret razılaşma yoxdur - XİN rəhbəri
11:54 / 15-11-2024
Ceyhun Bayramov: Ümid edirik ki, iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacaq
10:29 / 15-11-2024
COP29-un 5-ci gününün GÜNDƏLİYİ
09:45 / 15-11-2024
Bakıda 4 marşrutun fəaliyyəti BƏRPA EDİLİR
09:16 / 15-11-2024
“Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” proqramı təsis edilib
17:39 / 14-11-2024
Spiker Millətlər Birliyinin Baş katibi ilə görüşüb
17:02 / 14-11-2024
Mikayıl Cabbarov: "Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir"
16:11 / 14-11-2024
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
15:08 / 14-11-2024
Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”
14:34 / 14-11-2024
Yeni ildə neçə gün iş olmayacaq?
13:09 / 14-11-2024
Fransa - İsrail oyunundan öncə təhlükəsizlik tədbirləri gücləndirilib
12:49 / 14-11-2024
"İqlim Skaneri"nin ilkin nəticələri təqdim olunub
11:29 / 14-11-2024
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO
10:07 / 14-11-2024
Bakının bu qəsəbəsinin qazı kəsiləcək
09:36 / 14-11-2024
COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb
09:05 / 14-11-2024
COP29-un dördüncü günü: Kimlər çıxış edəcək? - SİYAHI
18:46 / 13-11-2024
AKAF COP29-la bağlı avarçəkmə yürüşü keçirəcək
18:07 / 13-11-2024
Əsədovla Mişustin perspektivləri müzakirə etdi - Foto
17:38 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü
17:13 / 13-11-2024
Prezidentin nəvəsi Ronaldinyo ilə - Foto
16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
Bölməyə aid digər xəbərlər
Milli Məclisin ötən gün keçirilən plenar iclasında vətəndaş nikahı məsələsi gündəmə gətirilib. Deputat Fəzail Ağamalı vətəndaş nikahlarının artdığını deyib. “Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”, - deyə o qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”.
Qeyd edək ki, vətəndaş nikahı dedikdə dövlət qurumları tərəfindən qeydiyyata alınmayan evliliklər nəzərdə tutulur. Belə nikahlara el arasında "molla kəbini" də deyirlər. Bəzi hallarda hətta "dini nikah" olmadan da ailə quranlar olub. Ölkə qanunlarına görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
Qeyri-rəsmi xəbərlərə görə, vətəndaş nikahlarının sayı artmaqdadır. Lakin gizli nikahların dəqiq sayını müəyyən etmək olduqca çətindir. Çünki, belə nikahlar dövlət qurumları tərəfindən qeydə alınmır. Ancaq Dövlət Statistika Komitəsinin yaydığı digər bir məlumata diqqət yetirməklə ölkəmizdə vətəndaş nikahlarının geniş vüsət aldığını deyə bilərik.
Təqdim etdiyimiz rəqəmlər illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayını göstərir:
2016-cı ildə: 26 288
2017-ci ildə: 22 796
2018-ci ildə: 20 716
2019-cu ildə: 21 453
2020-ci ildə: 17 714
2021-ci ildə: 17 566
2022-ci ildə: 18814
2023-cü ildə: 15622
Göründüyü kimi, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayında azalma müşahidə edilsə də, indiki göstəricilər də az deyil. Üstəlik, bu rəqəmlər sadəcə uşaq dünyaya gətirənlərin sayını əks etdirir. Reallıqda isə qeydiyyata alınmayan nikahların sayı daha çoxdur. Rəsmi məlumata görə, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı kəndlərdə daha çoxdur.
Bir çoxları vətəndaş nikahlarının tam qadağan olunmasını təklif edir və hökuməti bununla mübarizəyə səsləyir.
Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov vətəndaş nikahının doğru olmadığını dilə gətirib:
"Din baxımından məsələyə yanaşdıqda dini nikah vacibdir. Lakin qanunvericiliyimizə uyğun olaraq, dövlət, yəni rəsmi nikah da lazımdır. Əks halda iki nəfərin razılaşması ilə evlilik olarsa, onda bizim milli dəyərlərimiz aradan gedər. Belə olmaz axı! Bu baxımdan hökmən dini nikah və bununla birlikdə rəsmi dövlət nikahı olmalıdır. Dini nikah qadının hüquqlarının qorunması üçün lazımdır. Bunu bizə Allahımız əmr edir. Dini nikahda qadınların hüquqlarının qorunması üçün mehriyyə deyilən müəyyən məbləğ var ki sonradan qadın ayrılarsa, mehriyyəsi ilə bir yana çıxa bilir. Dövlətin qadının hüquqlarını qoruması baxımından rəsmi nikah da vacibdir".
B.Nəcəfov dövlətin vətəndaş nikahı məsələsini aradan qaldırmasını arzu edir:
"Dövlətimizin vətəndaş nikahını qadağan etməsi zəruridir. Ortada valideyn hüquqları və xeyir duası məsələsi var. Bizim milli dəyərlərimizə yaraşmayan haldır. Biz bunu qəbuk edə bilmərik. Bu gün bir millət, xalq, dövlət olaraq dünyaya sözümüzü deyə bilirik. Ola bilərmi ki, belə məsələlərdə kimisə təqlid edək. Avropada belə hallar ola bilər. Lakin bu Azərbaycan milli mentalitetinə uyğun deyil. Bu məsələ həm şəriət, həm də hüquqi nöqteyi-nəzərdən qəbul edilməzdir. İnşAllah ki, dövlətimiz də buna icazə verməz və bunun qarşısı alınar".
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov vətəndaş nikahlarının artmasının səbəblərini belə izah edib:
"Çox təəssüf ki, son dövrlərdə bütövlükdə dünyada rəsmi nikahın yerinə vətəndaş nikahlarına yönəlmə tendensiyasının artdığı müşahidə olunur. Bunun müxtəlif səbəblərindən bəhs etmək mümkündür. Dünyanın müxtəlif ölkələrində sözügedən mövzunun sosioloji, psixoloji və digər aspektlərini tədqiq edən araşdırmalar mövcuddur. Fikrimcə, ənənəvi ailə dəyərlərinin zəifləməsinin bunda xüsusi rolu vardır".
A.Şirinov vurğulayıb ki, belə halların aradan qaldırılması üçün bir çox istiqamətdə fəaliyyət göstərmək böyük zərurət kəsb edir:
"İlk növbədə ailədən başlayaraq övladlarımıza ənənəvi ailə dəyərlərimizi təlqin etməliyik. Bunun də ən gözəl yolu sözügedən dəyərləri yaşayaraq şəxsi nümunə göstərməkdən keçir. Həmçinin milli və dini ənənəmizdə "vətəndaş nikahı" anlayışının olmadığı gənclərə çatdırılmalı, vətəndaş nikahının heç bir rəsmi yönünün olmadığı, hüquqi öhdəlik gətirmədiyi, məsuliyyəti aradan qaldırdığı və bunu məsuliyyətdən yayınmaq istəyənlərin sui-istifadə edəcəyi inandırıcı şəkildə gənclərimizə izah olunmalıdır. Ənənəvi dəyərlərimizin təbliğində ailələrin, məktəbin və din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda vətəndaş nikahının hüquqi fəsadlarının cəmiyyətə çatdırılması istiqamətində hüquqşünaslarımızın da daha aktiv fəaliyyət göstərmələrinə ehtiyac var".
İlahiyyatçı Elşad Miri belə məsələlərdə ən çox qadının problem yaşayacağını diqqətə çatdırıb:
"Vətəndaş nikahında şahid olub-olmadığını bilmirəm. Əgər ortada şahidlər varsa, problem olacağını düşünmürəm. Amma məsələ nədir? Sabah uşaq dünyaya gələrsə, yaxud vərəsəlik məsələsi olarsa, bu zaman problem yaşanacaq. Ən çox problem yaşayan tərəf də qadın olacaq.Çünki bizim kimi patriarxal cəmiyyətlərdə kişilər özlərini istədikləri kimi təmizə çıxara bilirlər. Ona görə də burada əsaəsən qadınların hüquqları qorunmalıdır. Qadınların hüquqlarının qorunması üçün bunun təbii ki, hüquqi bazası olmalıdır".
İlahiyyatçının fikrincə, məsələ maarifləndirmə yolu ilə həll olunmalıdır:
"Birinci növbədə maarifləndirmə işləri aparmalıdır. Çünki sabah nüəyyən yaşı ötmüş şəxslərin əlaqəsinə kimsə gedib rəsmi nəsə edə bilməyəcək. Maarifləndirmə yolu ilə məsələnin aradan qaldırılması daha məqsədəuyğundu. Beləliklə, sabah övlad məsələsi, bacı-qardaşın bilmədən bir-birilə ailə qurmasının önünə keçmək daha vacibdir".
Tarix: 24-04-2024, 10:29
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
1-03-2024, 10:02
Evlilikdə 17+ müzakirələri
5-04-2024, 20:53
Deputatlar bu gün nələri müzakirə etdi...
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
26-03-2024, 09:52
Cünevrədə mühüm TOPLANTI
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
15-08-2020, 09:05
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
6-04-2024, 11:45
Bununla bağlı reyestr yaradılacaq
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
11-07-2020, 11:07
Deputat Ədalət Vəliyevlə görüşü şərh etdi: “Gələcəkdə daha da intensiv xarakter daşıyacaq”
16-12-2023, 13:37
Milli Məclisin sədri Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
22-02-2024, 12:21
Dövlət qurumlarına edilən zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:39
Milli Məclisin spikeri Rusiya səfiri ilə ermənilərin azərbaycanlılara hücumundan danışdı
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
29-03-2024, 11:40
Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI