10:14 / 01-06-2025
Prezidentdən uşaqlarla bağlı paylaşım - Video
10:00 / 01-06-2025
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
15:02 / 31-05-2025
Azərbaycanda nə qədər qadın din xadimi var? - RƏSMİ
14:41 / 31-05-2025
Paşinyan erməni kilsəsinə öz adamını gətirmək istəyir - ŞƏRH
14:01 / 31-05-2025
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 55% artıb
13:32 / 31-05-2025
Sabah 36 dərəcə isti olacaq
10:24 / 31-05-2025
Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirilib
09:59 / 31-05-2025
Azərbaycanda 47 uşaq himayədar ailələrə verilib
08:58 / 31-05-2025
UEFA Çempionlar Liqası: Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək
19:59 / 30-05-2025
Ağdərədə mülki şəxs minaya düşüb
19:39 / 30-05-2025
Azərbaycan lideri ilə BƏƏ Prezidenti arasında telefon danışığı olub
18:44 / 30-05-2025
Ərdoğan İslam dövlətlərini iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çağırıb
18:22 / 30-05-2025
Makron: Avropa və ABŞ-nin Ukraynadakı münaqişəni həll edə bilməməsi onlara olan etimadı sarsıdacaq
17:50 / 30-05-2025
Tramp: Çin ABŞ ilə qarşılıqlı rüsumların azaldılması haqqında sazişi tamamilə pozub
17:16 / 30-05-2025
Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib
16:26 / 30-05-2025
AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər
15:58 / 30-05-2025
Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH
15:29 / 30-05-2025
Türkiyə XİN başçısı Ukrayna Prezidenti ilə görüşüb
12:32 / 30-05-2025
İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
12:06 / 30-05-2025
İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib
11:49 / 30-05-2025
Fəxrəddin Altun: Azərbaycan mətbuatı xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub
11:24 / 30-05-2025
Bu universitetdə yay imtahanlarının vaxtı açıqlandı
11:07 / 30-05-2025
Milli Məclisin iclası başladı - Gündəlikdə 10 məsələ var
10:47 / 30-05-2025
Dəmir yolundan oğurluq edənlər saxlanılıb
10:01 / 30-05-2025
Azərbaycan nefti ucuzlaşıb
09:27 / 30-05-2025
İlham Mirzəliyev Saatlıda vətəndaşları qəbul edəcək
09:07 / 30-05-2025
Ağsuda avtomobil aşıb, ölən var
Bakı metrosunda interval 2 dəqiqə olacaq – Bu tarixdən

Bölməyə aid digər xəbərlər

Sentyabrın 16-dan Bakı metropolitenində qatarların hərəkəti payız-qış mövsümünün tələblərinə uyğun qurulacaq.
Fəal istirahət dövrünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.
Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, qatarların yeni hərəkət qrafiki təsdiq edilib.
Yaşıl və Qırmızı xətlər üzrə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər olacaq. Qeyd edilən vaxtlarda Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki tərtib edilməklə, ən aşağı intervallar tətbiq olunacaq. Bu xüsusda həmin vaxtlarda "Həzi Aslanov-28 May" istiqamətində və əksinə qatarlar arasında ən aşağı interval 2 dəqiqə olacaq. Qeyd edilən hərəkət sahəsində günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox təşkil edəcək.
Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.
“Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər qatarlar arasında interval 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.
Təqvim üzrə digər istirahət, bayram və kütləvi tədbirlərin keçiriləcəyi günlərdə sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə əvvəlcədən məlumatlar veriləcək.
Məlumdur ki, Yaşıl və Qırmızı xətlərin qatarları yalnız “Nərimanov” elektrik deposundan hərəkətə başlayır. Metropoliten xətlərinin mürəkkəb texniki xüsusiyyətlərinə görə bu hallarda intervallar fərqli olacaq. Gün ərzində “Bakmil” istiqamətində qatarların hərəkət cədvəlinə uyğun olaraq, xəttə qatar buraxıldıqda və xətdən çıxdıqda “Həzi Aslanov” stansiyasından ardıcıl iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkəti mümkündür. Bundan savayı, həmin vaxtlarda “Həzi Aslanov-Nərimanov” sahəsində intervallar qeyd edilən vaxtlardan iki dəfə artıq olacaq. Bu məqamlar da nəzərə alınaraq, Bakı metropolitenində müntəzəm monitorinqlər aparılacaq. Hərəkətin ən gur saatlarında qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməklə sərnişin axınının mümkün qədər tənzimlənməsi, digər vaxtlarda isə ehtiyat qatarlardan istifadə olunması təmin ediləcək.
Bundan savayı, tədris ilinin dərs növbələri arasında mümkün sıxlığın aradan qaldırılması məqsədilə mövsümün gedişində ehtiyat qatarların xəttə verilməsi vaxtları müəyyənləşdiriləcək.
Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib.
Yeni qrafikin 2025-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.
"Bakmil" stansiyasına və əksinə qatarların yeni hərəkət cədvəlləri sentyabr ayının 15-nə qədər metro.gov.az saytının müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) yerləşdiriləcək.
Stansiyaların digər infrastrukturu və mühəndis-texniki qurğularının fəaliyyəti ilə bağlı müntəzəm monitorinqlər də aparılacaq. Tətbiq ediləcək bu və digər yeniliklər və dəyişikliklər barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq.
Bakı Metropoliteni QSC gözlənilən sərnişin sıxlığı ilə əlaqədar istifadə qaydalarına, ələlxüsus platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı tövsiyə edir. Sərnişinlərdən qatarlardan minib-düşənlərə yol vermək, vaqona minərkən qapı zonasında və stansiya platformalarının eskalator meydançalarında yubanmamaq və dayanmamaq xahiş olunur. Həmçinin sanitariya və gigiyena normalarına riayət edilməsi, diqqəti yayındıran elektron və digər vasitələrdən mümkün qədər az istifadə olunması da xüsusi olaraq vacibdir.
“Unutmayaq ki, bir sərnişinin qaydalara riayət eməməsi minlərlə insanın narahatlığına, mənzil başına yubanmasına səbəb olur. Buna görə hər bir sərnişindən qaydalara yuxarıda sadalananları nəzərə almasını bird aha rica edirik”, - deyə qurumun məlumatında deyilir.
Tarix: 13-09-2024, 14:48
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
1-03-2024, 10:02
Evlilikdə 17+ müzakirələri
22-02-2024, 12:21
Dövlət qurumlarına edilən zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
23-11-2023, 16:31
Metrodakı bu vəziyyətlə bağlı - Rəsmi açıqlama
8-07-2020, 21:00
Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
3-07-2024, 10:12
Baş nazirdən taksi sürücüləri ilə bağlı - Qərar
26-04-2024, 17:58
İlham Əliyev Berlində "XV Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB-5
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
11-06-2021, 12:23
Metronun qrafikinə dəyişiklik edildi - RƏSMİ AÇIQLAMA
21-07-2020, 15:27
Azərbaycanda qəflətən ölən vəzifəli şəxsin yerinə TƏYİNAT
6-08-2024, 10:21
“Gənclik” stansiyasının iş rejimi dəyişdiriləcək
16-03-2024, 10:00
Günün qoroskopu: Yaşamın rutinliyinə dəyişikliklər edin
27-08-2024, 15:20
Metronun iş qrafikinə dəyişiklik ediləcək
14-08-2024, 18:22
Paşinyan payıza hazırlaşır - TƏHLİL
16-01-2024, 09:00
Günün qoroskopu: Əsla tələsməyin
1-02-2024, 09:00
Günün qoroskopu: Yaxınlarınızla danışanda sərt olmayın
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
10-09-2024, 16:13
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır