Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, qoşun növlərinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi orkestrləri arasında “Ən yaxşı hərbi orkestr” adı uğrunda müsabiqə keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-mədəni dəyərlərinin inkişafını təmin etmək, vətənpərvərlik hissinin, həmçinin yüksək döyüş ruhunun formalaşmasına nail olmaqdır.
Bölməyə aid digər xəbərlər