Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.
İclasda 2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə təqdimat olub.
Bildirilib ki, yaz semestrinin imtahan sessiyası 2 iyun - 4 iyul 2025-ci il tarixləri aralığında keçiriləcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Bakalavriat səviyyəsi üzrə Buraxılış Yekun Dövlət Attestasiyalarının 23 -24 iyun 2025-ci il, magistratura səviyyəsi üzrə isə 16 - 30 iyun 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Elmi Şuranın sədri, rektor Cəfər Cəfərov ADPU-nun bakalavriat səviyyəsi üzrə təsdiq olunmuş qəbul planından danışıb.
Professor C.Cəfərov bildirib ki, növbəti tədris ili üçün Pedaqoji Universitetə ayrılmış plan yerlərinin sayı 2705-dir. Yeni tədris ilində 7 ixtisasda ingilis bölməsi, 11 ixtisasda rus bölməsində kadr hazırlığı davam etdiriləcək.
Bölməyə aid digər xəbərlər