14:04 / 21-11-2024
Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir
12:45 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:44 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:01 / 21-11-2024
Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək
15:02 / 15-11-2024
Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir
14:30 / 15-11-2024
Rövşən Rüstəmova yeni müavin TƏYİN EDİLDİ - DOSYE
12:34 / 15-11-2024
Sülh sazişi ilə bağlı konkret razılaşma yoxdur - XİN rəhbəri
11:54 / 15-11-2024
Ceyhun Bayramov: Ümid edirik ki, iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacaq
10:29 / 15-11-2024
COP29-un 5-ci gününün GÜNDƏLİYİ
09:45 / 15-11-2024
Bakıda 4 marşrutun fəaliyyəti BƏRPA EDİLİR
09:16 / 15-11-2024
“Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” proqramı təsis edilib
17:39 / 14-11-2024
Spiker Millətlər Birliyinin Baş katibi ilə görüşüb
17:02 / 14-11-2024
Mikayıl Cabbarov: "Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir"
16:11 / 14-11-2024
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
15:08 / 14-11-2024
Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”
14:34 / 14-11-2024
Yeni ildə neçə gün iş olmayacaq?
13:09 / 14-11-2024
Fransa - İsrail oyunundan öncə təhlükəsizlik tədbirləri gücləndirilib
12:49 / 14-11-2024
"İqlim Skaneri"nin ilkin nəticələri təqdim olunub
11:29 / 14-11-2024
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO
10:07 / 14-11-2024
Bakının bu qəsəbəsinin qazı kəsiləcək
09:36 / 14-11-2024
COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb
09:05 / 14-11-2024
COP29-un dördüncü günü: Kimlər çıxış edəcək? - SİYAHI
18:46 / 13-11-2024
AKAF COP29-la bağlı avarçəkmə yürüşü keçirəcək
18:07 / 13-11-2024
Əsədovla Mişustin perspektivləri müzakirə etdi - Foto
17:38 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü
17:13 / 13-11-2024
Prezidentin nəvəsi Ronaldinyo ilə - Foto
16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
15:59 / 13-11-2024
Əkrəm İmamoğlu Bakıda - FOTO
15:11 / 13-11-2024
İlham Əliyev görüşlər keçirir - Foto - Yenilənib
“Prezidentin çıxışı bizim üçün böyük motivasiya mənbəyidir” - Bəyanat
Bölməyə aid digər xəbərlər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını edib və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış edib.
Bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda qeyd edilib ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.
“1918-ci ildə Ermənistan daşnak hökuməti tərəfindən bütün Göyçə əhalisinin qovulması və onların 1921-ci ilə qədər qaçqın olaraq yaşamaq məcburiyyətində qalmalarına və sonralar Ermənistan SSR hökumətinin güclü təzyiqlərinə rəğmən Göyçə aşıq məktəbi Sovet dövründə inkişaf edirdi. Bu işlərdə Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Məhz onun şəxsi səyləri ilə Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ-də dövlət səviyyəsində keçirilmiş və aşığın doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılıb. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycan mədəni irs nümunələri kimi, bu abidəni də dağıdıb.
Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görüb” - deyə, sənəddə vurğulanıb.
İcmanın bəyanatına görə, Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir:
“Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.
Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb”.
Qərbi Azərbaycan İcması bildirib ki, prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir:
“Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.
Biz, Qərbi Azərbaycan İcması olaraq, cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə, və əyilməz ruhuna yönəlmiş çağırışlarını tam dəstəkləyirik. Doğma torpaqlarımıza sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışımızın təmin edilməsi üçün dövlətimizin atacağı bütün addımlarda bundan sonra fəal şəkildə iştirak edəcəyik.
Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq, yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır. Biz ruhdan düşmürük; necə ki, 1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq”.
Aşıq Ələsgərin və bütövlükdə Azərbaycan aşıq sənətinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edən İcma əlavə edib ki, milli birlik və iradəmiz ilə tarixin ədalətsiz səhifələrini çevirərək doğma yurdlarımıza qayıdacağıq:
Prezidentin çıxışını yekunlaşdırdığı sözlər, bizim qayıdışımızın carçısı olan tarixi ifadələrdir:
“Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.
Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!”
Tarix: 30-09-2024, 19:10
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
7-05-2024, 18:27
İƏT-dən tarixi qərar - Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH
13-07-2024, 16:36
Ermənilərin bitməyən saxtakarlığı - Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan - TƏHLİL
23-11-2023, 22:25
Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı - VİDEO
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
30-09-2024, 12:07
Prezident Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi
29-07-2024, 16:41
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası - ŞƏRH
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
2-07-2024, 15:42
Prezidentin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış - ANALİZ
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
26-08-2024, 08:42
Mehriban Əliyevanın doğum günüdür
24-04-2024, 13:45
Prezident 2 fərman imzaladı
28-05-2024, 08:40
Azərbaycanda Müstəqillik Günüdür
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
21-05-2021, 22:22
Prezident Tahir Salahovun vəfatı ilə bağlı nekroloq İMZALADI
13-02-2024, 16:47
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN