16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Prezident Tahir Salahovun vəfatı ilə bağlı nekroloq İMZALADI
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Nekroloq da deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Teymur oğlu Salahov 2021-ci il mayın 21-də ömrünün 93-cü ilində vəfat etmişdir.
Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1951–1957-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.
Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərmiş və 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışmışdır.
Tahir Salahov 1979–1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olmuş, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü olmuşdur.
Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olmuş və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri vardır. “Sərt üslub” adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan novator sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapmışdır. Rəssam tariximizin və mədəniyyətimizin unudulmaz şəxsiyyətlərinin portretlərinin geniş qalereyasını yaratmış, bununla Azərbaycan boyakarlığının kamil nümunələrini meydana gətirmişdir. Sənətkarın mövzu və janr əlvanlığı, bədii forma rəngarəngliyi və estetik kamilliyi ilə səciyyələnən, ali məqsədlər naminə humanist fikirlər təlqin edən, hər birində Vətən torpağına sonsuz məhəbbət duyulan ecazkar tabloları mədəni irsimizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutmuşdur. Tahir Salahov eyni zamanda teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərmiş, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar vermişdir.
Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olmuşdur. Pedaqoq kimi biliyini, təcrübə və bacarığını gənc fırça ustalarının yetişdirilməsi işinə sərf etmiş Tahir Salahovun misilsiz yaradıcılıq təcrübəsi neçə-neçə yeni rəssamlar nəsli üçün bundan sonra da məktəb rolunu oynayacaqdır. Tahir Salahov, həmçinin ictimai xadim kimi tanınmış, SSRİ Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, mədəniyyət siyasətinin həyata keçirilməsinə töhfələr vermişdir.
Çoxsaylı beynəlxalq mükafatlara layiq görülən Tahir Salahovun uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Müstəqil respublikamızın ali mükafatlarından olan “Heydər Əliyev”, “İstiqlal” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilməsi doğma Vətənində onun sənətinə və şəxsiyyətinə dərin ehtiramın təzahürüdür.
Görkəmli sənətkar, böyük ictimai xadim, əsl ziyalı və səmimi insan Tahir Teymur oğlu Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Anar Kərimov
Fərhad Xəlilov
Ömər Eldarov
Salxab Məmmədov
Ağəli İbrahimov
Fuad Salayev".
Bölməyə aid digər xəbərlər

Tarix: 21-05-2021, 22:22
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
22-07-2020, 20:12
İlham Əliyev onları təltif etdi - SİYAHI
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
3-07-2020, 11:38
Leyla Əliyevanın doğum günüdür
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
22-07-2020, 20:14
Bəzi şəxslərə fəxri adlar verildi - SİYAHI
4-05-2021, 18:23
İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
12-07-2020, 15:56
Koronavirusa yoluxmuş Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi EKMO cihazına qoşuldu
21-05-2021, 22:20
Mehriban Əliyevadan Tahir Salahovla bağlı PAYLAŞIM
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
4-11-2020, 08:24
Bu sözlər bundan sonra bu cür yazılacaq - Qərar
22-07-2020, 19:39
“Sehirli qutu”nun cazibəsi davam edir: Ümidlə yeni mövsümə doğru…