16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Söz azadlığına dözümsüz Fransa: davam edən müstəmləkəçilik və despotizm - ŞƏRH




Bölməyə aid digər xəbərlər

Söz azadlığı insanların əsas hüquq və azadlıqları sırasındadır. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə şamil edilir.
Bu gün bu prinsipləri əlində dəstavüz edərək digər dövlətləri ittiham edən dövlətlər kifayət qədərdir. “Demokratiya beşiyi” Fransa bu siyahıda lider mövqeyini qoruyub saxlayır.
Ötən gün Fransa hökuməti növbəti rüsvayçılığa imza atıb. Belə ki, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba Parisdə həbs edilib. Məlumata görə, K.Seba restoranda həmkarı ilə nahar edərkən saxlanılıb.
O, Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmə qarşı fəal mübarizə aparır, yəni neokolonializmin əsas tənqidçilərindən biridir. 2024-cü ildə Fransa hakimiyyətini açıq şəkildə tənqid etdiyi və onun dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün vətəndaşlıqdan məhrum edilib.

Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib. O, uzun illər ərzində neokolonializm siyasətlərinə qarşı çıxan və Afrikanın müstəqillik uğrunda apardığı mübarizədə önəmli simalardan biridir. Onun saxlanılması, ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübut edir. Bu cür hərəkətlər Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir.
Birmənalı şəkildə deyə bilərik ki, Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır.
Bəs özünü dünyada "demokratiya etalonu" elan edən Fransa nədən Sebanı hədəfə alıb? Əminliklə söyləmək olar ki, insan haqlarının fəal müdafiəçisi bir neçə gün öncə Bakıda neokolonializmə həsr olunan beynəlxalq konfransda Fransanın ünvanına tənqidlər səsləndirdiyi üçün həbs edilib.
Bu məqamda K.Sebanın Bakıda səsləndirdiyi fikirlər diqqət çəkir. O bildirib ki, Fransa yol verdiyi pozuntuları, müstəmləkələrinin üzləşdiyi problemləri nəzərə almır. K.Seba Bakının müstəmləkəçilik probleminin dünya səviyyəsinə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilməsini bəyan edib. Ciddi ittihamlardan biri də fransız kəşfiyyatının Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxanlara təzyiqi artırmasını elan etməsidir.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu Fransanın Afrikada və digər regionlarda müstəmləkə siyasətinə qarşı mübarizədə çox işlər görür: "Biz bura ona görə gəlmişik ki, Qərbin zülmündən bezmişik. Biz burada, Azərbaycandayıq, çünki dəstək axtarırıq və inanıram ki, Bakı müəyyən müddət və ya uzunmüddətli əsasda bizi dəstəkləyəcək. Biz burada səmimi dostlar axtarırıq və Bakı Təşəbbüs Qrupunda səmimi dost görürük”.
Beləliklə, K.Seba tək Fransanı deyil, bütövlükdə Avropanı müstəmləkə sistemini bu gün də nümayiş etdirməkdə ittiham edib.
"Mən Bakıdayam, çünki Bakının bizim üçün nə edə biləcəyini bilirəm və inanıram ki, biz birlikdə böyük işlər görəcəyik. Bununla yanaşı, Fransa Ermənistanı dəstəklədiyi üçün biz də, təbii olaraq, Azərbaycanı dəstəkləyirik", - QHT rəhbəri vurğulayıb.
O, həmçinin 25 ildir imperializmlə mübarizə apardığını və bu müddət ərzində qaradərililərə qarşı ayrı-seçkiliyin şahidi olduğunu bildirib.

“Fransa rejimi iki dəfə məni həbs edib. İki dəfə Fransada, iki dəfə isə Afrikada saxlanılmışam. Bəxtim gətirdi ki, azadlığa çıxa bildim. Fransa bu günlərdə də Afrikanın qaradərili əhalisinə təsir göstərə bilir, onu öz əlində saxlamaq üçün Qərbin mövcudluğuna ehtiyac olduğunu bəyan edir və diasporları vasitəsilə fəaliyyətini davam etdirir”, - K.Seba qeyd edib.
O daha öncə bildirib ki, zəngin mineral ehtiyatların olmasına baxmayaraq, Afrika əhalisi onlardan istifadə edə bilmir, Fransa oliqarxiyası isə bu sərvətlərdən bəhrələnir.
Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib. “Bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına qarşı kobud bir pozuntu deyil, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq kimi qiymətləndirilməlidir”,- bəyanatda vurğulanıb.

Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də fəalın Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirib. Onun sözlərinə görə, P.Durov və K.Seba barəsində həbs qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur:
"Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır. Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir".
Maraqlıdır ki, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verən təşkilatlar yenə susur. Belə bir fakt başqa hansısa bir ölkədə baş versəydi, ona dərhal reaksiya verərdilər. Beynəlxalq ictimaiyyət, insan hüquqları müdafiəçiləri və beynəlxalq təşkilatlar bu qanunsuz hərəkəti qınamalı, Fransa hökumətini Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırış etməlidirlər.
Hər bir şəxsin qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc tətbiq edərək insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur. Ən əsası, bu hadisə Fransanın Afrikada uzun illərdir davam edən neokolonial siyasətinin bir təzahürüdür. Bu səbəbdən də regionda həqiqi dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş etdirilməlidir.(Report)
Tarix: 16-10-2024, 17:44
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-10-2024, 17:27
Tanınmış fəal Kemi Seba Parisdə saxlanılıb
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
1-05-2024, 18:58
Azərbaycan neokolonializm praktikasına göz yummayacaq - İlham Əliyevdən dünyaya mesaj - ŞƏRH
26-08-2024, 16:46
Söz azadlığına hücum, dünya siyasətində ikili standartların təzahürü - Durovun həbsinin təfərrüatları - ŞƏRH
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
27-05-2024, 18:43
Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH
15-04-2024, 19:32
Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
19-08-2024, 18:05
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
27-05-2024, 08:55
The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır
19-01-2024, 15:18
Azərbaycan bu hərəkata sədrliyi Uqandaya təhvil verdi
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”