TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib

TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycana səfərə gəlib.

Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Fuat Oktay dekabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak edəcək.

Tədbirdə 13 ölkə parlamentinin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsinin iştirakı gözlənilir. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada Azərbaycan və Türkiyə parlamentlərinin nümunələri” mövzusunda dəyirmi masa da keçiriləcək.



Tarix: 6-12-2024, 16:11


Bölməyə aid digər xəbərlər
26-03-2024, 09:52 Cünevrədə mühüm TOPLANTI