09:33 / 22-01-2025
Azərbaycan nefti ucuzlaşıb
13:07 / 20-01-2025
Sabah hava yağmursuz olacaq
Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin SAYI

TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi sahəsində İnnovasiya və Təchizat Mərkəzi tərəfindən işlər görülüb.

Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.

O bildirib ki, hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir və onlar zəruri preparatlarla təmin olunublar”.

V.Qurbanov əlavə edib ki, B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiya tərəfindən isə dekabrın 1-nə olan məlumata əsasən, 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib.



Tarix: 23-12-2024, 14:46


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
24-04-2024, 13:45 Prezident 2 fərman imzaladı
28-09-2024, 14:13 Prezident Fərman imzaladı