09:55 / 29-04-2025
Bəzi çaylarda sululuq artıb
Bəzi çaylarda sululuq artıb

Bəzi çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların aprelin 29-u saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb. 

Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.


Tarix: Bu gün, 09:55


Bölməyə aid digər xəbərlər
24-04-2024, 13:45 Prezident 2 fərman imzaladı