09:55 / 29-04-2025
Bəzi çaylarda sululuq artıb
Pezeşkian İlham Əliyevə Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edib

Pezeşkian İlham Əliyevə Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edib

İran Prezidenti Məsud Pezeşkian dünənki Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu barədə M.Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

M.Pezeşkian səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladıb.

"Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin açılması üçün zəmindir. Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm", - paylaşımda qeyd edilib.


Tarix: Bu gün, 11:36


Bölməyə aid digər xəbərlər
24-04-2024, 13:45 Prezident 2 fərman imzaladı