10:37 / 04-06-2025
Ağalı kəndi - VİDEO
İmişli və Saatlıda 18 min abonentin qazı KƏSİLƏCƏK

İmişli və Saatlıda 18 min abonentin qazı KƏSİLƏCƏK

İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.

Fasilə “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.

Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində - Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.


Tarix: 3-06-2025, 18:05


Bölməyə aid digər xəbərlər
17-11-2023, 08:42 Bu rayonda qaz olmayacaq
23-01-2025, 10:43 Bu ərazilərdə qaz kəsildi