Ağalı kəndi - VİDEO

Ağalı kəndi - VİDEO

“İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir”.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir: "Rahat yaşayış, xoş güzəran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur".

Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntülərini təqdim edirik:



Tarix: 4-06-2025, 10:37


Bölməyə aid digər xəbərlər