18:17 / 05-03-2025
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
17:37 / 05-03-2025
Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək
16:53 / 05-03-2025
İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ
16:13 / 05-03-2025
"Qırmızı Xaç" Azərbaycanda fəaliyyətini dayandırır? - AÇIQLAMA
15:36 / 05-03-2025
IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır
15:07 / 05-03-2025
Hökumət parlamentə hesabat verməyə HAZIRLAŞIR
14:33 / 05-03-2025
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var
13:56 / 05-03-2025
İlham Əliyev Ankaraya işgüzar səfər edib
12:50 / 05-03-2025
DYP sürücülərə müraciət etdi
12:07 / 05-03-2025
Turizm Agentliyində QALMAQAL - Aparat rəhbəri İŞDƏN ÇIXARILDI
11:17 / 05-03-2025
Səfərbərliyin idarə rəisi və müavini rüşvətə görə HƏBS EDİLDİ
10:37 / 05-03-2025
Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub - YENİLƏNİB
09:39 / 05-03-2025
Ali məktəb və kolleclərə sənəd qəbulu yekunlaşır - XƏBƏRDARLIQ
09:04 / 05-03-2025
İlham Əliyevlə Ərdoğanın layihəsi: Türkiyədən Naxçıvana qaz nəqli niyə VACİBDİR...
08:38 / 05-03-2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
18:43 / 04-03-2025
Ramazanın beşinci günü - İmsak və iftar VAXTLARI
18:24 / 04-03-2025
İlham Əliyev D-8-in Baş katibini qəbul etdi
18:07 / 04-03-2025
Lənkəranın icra başçısı məhkəmənin çağırışına gəlmir
17:45 / 04-03-2025
Makronun növbəti məğlubiyyəti - Zelenski Britaniyanı seçir - ŞƏRH
17:02 / 04-03-2025
Rəşad Nəbiyev Samuxda vətəndaş qəbulu keçirdi - Fotolar
16:39 / 04-03-2025
32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş
16:22 / 04-03-2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
15:39 / 04-03-2025
Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib
15:11 / 04-03-2025
Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir
14:24 / 04-03-2025
Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb
12:53 / 04-03-2025
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
12:09 / 04-03-2025
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
10:52 / 04-03-2025
Məktəbdə psixoloq işləmək istəyənlərin nəzərinə! - İmtahan BAŞLAYIR
Almaniyada seçkilər: ənənəvi blok hökumətə, “alternativ” müxalifətə gəlir - ŞƏRH


Bölməyə aid digər xəbərlər

Almaniyada növbədənkənar parlament seçkilərində ənənə pozulmayıb. Sosial Demokratları yenə Xristian Demokrat İttifaqı/Sosial Demokrat İttifaq əvəzləyib, Almaniya kansleri Xristian Demokrat İttifaqından Fridrix Mertz seçilib. Göründüyü kimi, Almaniyada uzun illərdir hökumət növbəli şəkildə bu iki partiya arasında dəyişir.
Bu dəfə mühafizəkar XDİ/XSİ bloku Bundestaqa növbədənkənar seçkilərdə qalib gəlib. Səsverməyə seçicilərin 84 faizi qatılıb. Bu da özünəməxsus fəallıq sayılır.
Fevralın 23-də keçirilən siyasi kampaniya nəticəsində bu blok 28,6 faiz səs toplayıb. Müxalifətdə olan Almaniya üçün Alternativ Partiyası 2021-ci il seçkiləri ilə müqayisədə 20,8 faiz səs toplamaqla səsını iki dəfə artırıb. Bununla da, ölkə tarixində ilk dəfə ikinci olub. Üçüncü yerdə kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Bu siyasi təşkilata seçicilərin 16,4 faizi səs verib. “Yaşıllar” Partiyası isə seçicilərin 11,6 faizinin səsini qazanıb. 2021-ci ildə isə onlar 25,7 faiz səs toplamaqla parlamentdəki 736 yerdən 206-sını qazanmaqla hökuməti qurmuşdular. Builki seçkidə partiya tarixində ən pis nəticə ortaya qoyub. Ənənəvi blok isə ötən seçkilərdə 24,1 (197 yer), “Yaşıllar” 14,8 (118 yer), Almaniya üçün Alternativ Partiyası 10,3 faiz səs toplamışdılar.
Ötən seçki kampaniyasında Sosial Demokrat Partiyası “yaşıllar”la birlikdə koalisiya qurmuşdu. Ancaq 2024-cü ilin sonunda dövlət büdcəsinin maliyyələşdirilməsi məsələsində hakim koalisiyada razılaşma əldə edilmədiyindən hökumət süquta uğrayıb. Bundestaq növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar qəbul edib.

Olaf Şolts hökuməti zəifliyi ilə daha çox yadda qalıb. Ukrayna məsələsində, xüsusən Rusiya bu ölkədə müharibəyə başlayandan sonra tərəddüd içində qalmışdı. Hətta uzun müddət RF-dən təbii qazın idxalını dayandırmadı.
Ukraynaya hərbi və humanitar yardımların edilməsi, qaçqınların qəbulunda da qərarların gecikməsi rəsmi Kiyevin etirazları ilə qarşılanmışdı. Ölkə Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya gəlişinə razılığı verilməməsi də Almaniya hökumətinin bəhs etdiyimiz mövqeyi ilə əlaqədar olmuşdu.
Sonradan hökumət ölkəyə yardımlarla bağlı Rusiyanı qane etməyə qərarlar qəbul etsə də, əvvəlki hadisələr hökumətin fəaliyyətinə mənfi təsirsiz ötüşməyib.
Kansler Olaf Şolts rəqibini təbrik edərək məğlubiyyətə görə məsuliyyət daşıdığını bildirib. O, səsvermənin nəticələrinin partiyası üçün “acı” olduğunu söyləyərək, bunu son 135 ildə Sosial Demokratlar Partiyasının ən pis göstərici adlandırıb.
O, “AfD”nin 20,9 faiz səs toplamasını isə “ciddi narahatlıq doğurduğunu” vurğulayıb: “Bu ölkədə AfD kimi ifrat sağçı partiyanın belə nəticələr əldə etməsi heç vaxt qəbul edə bilməcəyimiz bir faktdır”.
AfD-nin lideri Lars Klinqbeyl nəticələri “fəlakətli” adlandıraraq partiyada köklü dəyişikliklərə çağırıb. Berlində partiyanın toplandığı yerdə 60-a yaxın nümayişçinin etiraz aksiyası keçirməsi nəticəsində iğtişaşlar baş verib, bu, polislə toqquşmalara çevrilib.
“AfD”-çilər bu uğurlarının davamı olacağını bildirirlər. Partiyanın kanslerliyə namizədi Alisa Vaydel isə hakim koalisiyaya qoşulacaqlarını gözləmədiyini qeyd edib: “Əvvəlki hökumətlə davrandığımız kimi fəaliyyətimizi davam etdirsək, habelə Şərqi Almaniyada solçularla koalisiya qursaq, o zaman yaxın illərdə biz böyük gücə çevriləcəyik”.
Onları Sol Partiya da dəstəkləyir. Bu siyasi təşkilatın beş faizlik baryeri aşa biləcəyi ehtimalı az idi. Ancaq onlar səkkiz faizlə proqnozları puça çıxarıb. Partiyanı daha çox gənclər dəstəkləyib.

Fridrix Mers bəzi siyasi qüvvələr tərəfindən birləşdirici sayılmır. “Yaşıllar” Partiyasının həmsədri Fransiska Branter bu barədə deyib: “Bizə bölüb, parçalayan kansler lazım deyil. İndiki mürəkkəb geosiyasi zamanda bizə insanları birləşdirəcək hökumət başçısı lazımdır”.
Bu isə yeni hökumətin fəaliyyətinin çətin olacağını ehtimal etməyə əsas verir. Çünki “AfD” Almaniya üzrə geniş populyarlıq qazanır. ABŞ Prezidenti Donald Trampın ən yaxın adamı, milyarder, hökumətin səmərəliyi departamentinin rəhbəri İlon Mask “alternativçiləri” açıqcasına himayə və təbliğ edib. Bu onlar üçün gələcək fəaliyyətlərində üstünlük əldə etmələrinə əlavə imkan qazandıra bilər. İfrat sağ sayılan bu təşkilat miqratnlara qarşıdır, Rusiya ilə əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Eyni cinslilərin “evlənməsinə” qarşıdır. Donald Tramp kimi daha güclü Almaniya uğrunda mübarizə aparacağını bildirir.
Maskın “AfD”ni dəstəkləməsi onun nüfuzunun sürətlə artmasına təkan verib. Belə ehtimal edilir ki, təşkilatın seçkidə uğurunun səbəblərindən biri də budur.
Onları Bundestaqın üzərində Donald Tramp və İlon Maskın “kölgəsi” də sayırlar.
ABŞ Prezidentinin Avropa İttifaqı, o cümlədən Almaniyaya ünvanladığı tənqidlər “alternativ”çilər tərəddüdsüz dəstəkləyir. Bu baxımdan onlar Tramp və Maksın müttəfiqi kimi ad çıxarıblar. Mask seçkiqabağı kampaniyada seçiciləri açıq-aşkar “AfD”yə səs verməyə çağırırdı.
“Alternativ”in yüksəliş Almaniyada blok və partiyanın bir-birini ənənəvi əvəzləməsinə son qoya bilər. Bunu ehtimal etməyə son seçkilərdə sosial-demokratlara göstərilən etimadın azlığı da təsdiqləyir.
Ona görə də yeni hökumətə alternativ, nəticələrə əsasən əsas müxalifət Almaniya üçün Alternativ Partiyasıdır.
Bu, Federativ Respublikada “soyuq müharibə”, Almaniyanın bütövləşməsi, Suriya, İraqda müharibə, İŞİD-ə qarşı mübarizə, Avropa İttifaqının Yunanıstan kimi çoxsaylı problemlərindən xilas olması üçün imkan yarada bilər. Hətta, bu təşkilat gələcəkdə Trampın “Amerikanı yenidən böyük edək!” şüarını özünküləşdirərək “Almaniya yenidən böyük edək!” prinsipini irəli sürməsi belə mümkündür.
Ukrayna məsələsi yenə Almaniyanın siyasi həyatında təsiredici imkana malik olacaq. Mers Trampın rusiyalı həmkarı Vladimir Putinlə məlum müharibəyə son qoymaqla bağlı birbaşa danışıqlar aparmaq təşəbbüsünə qarşı çıxış etmişdi. Onun sözlərinə görə, Almaniya belə danışıqların Ukrayna və Avropanın iştirakı olmadan aparılması ilə razılaşmır.
Hələ ki Fridrix Mertzin yeni hökumət formalaşdırması məsələsi gündəlikdədir. O, aprelin 20-dək yeni hökumət quracağını bildirib.
Almaniyada siyasi vəziyyətin ağır olacağı istisna edilmir. İfratçı qüvvələrin parlamentdə əsas müxalifət olması, onların ABŞ rəhbərliyi səviyyəsində birbaşa dəstəklənməsi, Avropa İttifaqının Ştatlarla Ukrayna və başqa məsələlərə münasibətdə fərqli yanaşması və s. Federativ Respublikanın idarəçiliyində çətinliklər yarada bilər. Bu kimi məsələləri həll etmək üçün Almaniya ABŞ kimi davranacaqmı? Blokun qalib gəlməsi, “AfD”nin müxalifətdə olması ölkənin real vəziyyətini əks etdirir. Ona görə ənənəçilər, mühafizəkarlar Federativ Respublikada hakimiyyətə gəlir, “AfD” isə ölkə üçün yeni alternativə çevrilir.(Report)
Tarix: 24-02-2025, 17:12
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
26-04-2024, 17:58
İlham Əliyev Berlində "XV Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB-5
27-03-2024, 13:27
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
29-01-2025, 13:28
Azərbaycanda bələdiyyə seçkilərinin 25 illik TARİXİ
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
24-02-2025, 09:53
Almaniyanın kansleri postuna namizəd KİMDİR...
24-12-2024, 01:28
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
18-01-2024, 14:54
Yerli turistlər ən çox bu ölkələri seçir - Siyahı
1-04-2024, 09:52
Əkrəm İmamoğlu və Mansur Yavaş liderdir - Yenilənir
2-09-2024, 10:59
Ən yüksək və ən aşağı səs faizini onlar topladı - Siyahı
27-05-2024, 18:43
Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH
26-04-2024, 16:53
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH
8-07-2024, 18:34
Xaosun başlanğıcı - Yeni Kaledoniyanın müstəqillik tərəfdarı Fransa parlamentində - TƏHLİL
26-08-2024, 08:42
Mehriban Əliyevanın doğum günüdür
30-05-2024, 16:12
Avropa Parlamentində yeni korrupsiya qalmaqalı - Xilas üçün “Change” formulu - TƏHLİL
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
26-03-2024, 09:52
Cünevrədə mühüm TOPLANTI