12:52 / 10-06-2025
Sabah 36 dərəcə isti olacaq
Təhsil tələbə krediti üçün edilən 57 minə yaxın müraciət rəsmiləşdirilib

Təhsil tələbə krediti üçün edilən 57 minə yaxın müraciət rəsmiləşdirilib

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.

Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial hesabında paylaşım edib.

"Həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir. Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir", - paylaşımda qeyd edilib.


Tarix: Dünən, 12:18


Bölməyə aid digər xəbərlər