Bakıda nəqliyyatın ən sıx olduğu ərazilər açıqlandı - RƏSMİ

Paytaxtda nəqliyyatın sıxlığı müşahidə olunan ərazilər məlum olub.
Oxu.Az-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, gün ərzində sərnişin tələbatı yüksək olan avtobus dayanacaq məntəqələri nəzarətdə saxlanılır:
“Səhər və axşam saatlarına uyğun olaraq, sərnişin tələbatı yüksək olan dayanacaq məntəqələri dəyişə bilir. Səhər saatlarında daha çox Əhmədli, 8-ci kilometr, Qara Qarayev prospekti istiqamətindən şəhər mərkəzinə sərnişin axını müşahidə ediriksə, axşam saatlarında, tam əksinə, şəhər mərkəzindən bu istiqamətdə kənd və qəsəbələrə sərnişin axını müşahidə olunur”.
O bildirib ki, sərnişin sıxlığının aradan qaldırılması üçün ərazidə olan nəzarətçilərə məlumat verilir:
“Yaxın ərazidə ehtiyat avtobuslar saxlanılır. Hər gün ekspress marşrutlar üzrə 100 avtobus xəttə çıxarılır. Bir o qədər sayda avtobus ehtiyatda saxlanılır. Həmin ehtiyatda olan avtobuslar sərnişin daşımalarına cəlb olunur.
Ehtiyat avtobusların sərnişindaşımaya cəlb olunması özlüyündə çox çətin prosesdir. Çünki sürücü dərhal bir xətdən digər xəttə keçirilir və marşrutun sürücüyə çatdırılması üçün imkanlar məhduddur. Buna baxmayaraq, tədbirlər nəticəsində karantin rejimi zamanı sərnişin daşınmasında ciddi problem yaşanmayıb”.


Tarix: 21-07-2020, 15:35


Bölməyə aid digər xəbərlər