84 qadını öldürməkdə təqsirli bilinən və mediada “Anqarsk manyakı” kimi tanıdılan Mixail Popkov bu cür adlandırılmağı sevmədiyini deyərək, belə çağırılmamasını istəyib.
İki dəfə ömürlük həbs cəzasına məhkum edilən rusiyalı qatil bu barədə Lenta.ru saytına müsahibəsində danışıb.
“Məni belə adlandırılmasını xoşlamıram. Mən necə manyakam? Əlbəttə ki, bunun doğru və ya yanlış olduğunu şərh etmək fikrində deyiləm, amma belə adlandırılmaq istəmirəm. Düzdür, indi mənim fikrim heç bir əhəmiyyət kəsb etmir”, - deyə, Popkov bildirib.
Qeyd edək ki, İrkutsk vilayətinin Anqarsk şəhərindən olan keçmiş polis işçisi Mixail Popkov xüsusi amansızlıqla 84 cinayət törətməkdə təqsirli bilinərək, iki dəfə ömürlük həbs cəzasına məhkum edilib. O, qurbanlarını əvvəl zorlayıb, sonra öldürürmüş.
Son məlumatlara görə, Popkov daha iki cinayətini də etiraf edib. Onun bu ifadələrini də nəzərə alsaq, qurbanlarının sayı ən az 86 nəfərə çata bilər. Kadrlarda Popkov növbəti qurbanı necə öldürdüyünü və cinayət yerini göstərir.
[video=]
Bölməyə aid digər xəbərlər